2-09-2024, 13:33 0 Hadisə

Güclü külək Qubada fəsadlar törədib

Güclü külək Qubada fəsadlar törədib
Güclü külək Quba rayonunda fəsadlar törədib.


"Ulusum.az"ın Şimal bürosunun məlumayına görə, şəhərin 20 yanvar küçəsində külək iri gövdəli ağacı aşırıb. Nəticədə ağac "Chevrolet" markalı minik avtomobilinin üzərinə düşüb, avtomobilə ciddi ziyan dəyib.

Həmçinin aşan ağac elektrik xəttlərini də qırdığından Quba şəhərinin bir hissəsi elektriksiz qalıb.

Hazırda şimal bölgəsində güclü külək davam edir, Xaçmaz, Şabran, Qusar rayonlarının bir qismində elektrik enerjisinin verlişində fasilələr yaranıb.

Xanlar Qaraca

Güclü külək Qubada fəsadlar törədib
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: