Dünən, 20:00 0 Şou-biznes

Castin Timberleykin nankorluğu

Castin Timberleykin nankorluğu
Milyonlar konsertinə axışdı, amma dünya ulduzu Castin Timberleyk Türkiyə də daxil olmaqla 4 ölkəyə təşəkkür paylaşımında yer vermədi. Timberleykin İstanbul konserti üçün 4,5 milyon avro qonorar aldığı iddia olunur.

Dünyaca məşhur müğənni Castin Timberleyk dünya turu çərçivəsində 26 ölkədə konsert verib.

Sosial media hesabında səhnəyə çıxdığı ölkələrlə bağlı hisslərini paylaşan müğənni, həmin ölkələrin bayraqlarına da paylaşımında yer verib.

72 milyon 100 min izləyicisi olan Timberleyk paylaşımında Türkiyə, Azərbaycan, Norveç və Niderland haqqında heç bir söz deməyib.

Paylaşımda adı keçən ölkələr isə bunlardır: ABŞ, Almaniya, Argentina, Avstriya, Braziliya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, İngiltərə, Şimali İrlandiya, İrlandiya, İtaliya, İspaniya, Kanada, Kolumbiya, Litva, Lüksemburq, Meksika, Polşa, Rumıniya və Çili.

Digər tərəfdən, Timberleykin İstanbul konserti üçün 4,5 milyon avro (212 milyon 971 min 500 TL) qonorar aldığı iddia olunur. (patronlardunyasi)

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: