“Bananı da yumaq lazımdır!” – Ekspert
Meyvənin qabığı yeyilməsə belə, onu yeməzdən əvvəl mütləq yumaq lazımdır. Əks halda, əllərinizə keçən mikroblar və pestisidlər bədəninizə daxil olaraq zəhərlənmələrə və infeksiyalara səbəb ola bilər.
Bunu britaniyalı qida texnoloqu Tamika Sims Mirror qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, banan, portağal və s. kimi qabıqlı meyvələr belə axar su ilə yuyulmalıdır. Çünki üzərindəki toz, bakteriya və pestisid qalıqları meyvəni soyarkən əlləriniz vasitəsilə orqanizmə daxil olur.
“Bu qəribə səslənsə də, bananı yeməzdən əvvəl mütləq yumaq lazımdır,” – deyə Sims vurğulayıb.
Ekspert bildirir ki, bu qaydaya əməl etməmək salmonella, koli bakteriyası və listeriya kimi təhlükəli mikrobların səbəb olduğu qida zəhərlənmələrinə yol aça bilər. Bu xəstəliklər xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. Bəzən vəziyyət o qədər ağır olur ki, xəstəxanaya yerləşdirilmək lazım gəlir.
Tamika Sims əlavə edib ki, yuyulmamış meyvələrin üzərində kir, zibil, hətta həşərat qalıqları da ola bilər. Pestisidlər isə xərçəng, autizm, şəkərli diabet, hipertoniya və demensiya kimi ağır xəstəliklərlə əlaqələndirilir.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 15:00
🍌 Bananlar Günlərlə Necə Təzə Qalır?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”
Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
