Ağ Evdə Moskvasız Sülh Sammiti - Euronews

ABŞ-ın prezidenti Donald Tramp hesab edir ki, Azərbaycan və Ermənistan təqribən 40 ilə yaxın davam edən münaqişəni nəhayət aradan qaldıra bilərlər – özü də Rusiya olmadan.
Ulusum.az xəbər verir ki, bu barədə “Euronews” məqalə yayımlayıb.
Cümə günü Ağ Evdə keçiriləcək yüksək səviyyəli görüşdə Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək. O, bu təşəbbüsü “tarixi sülh sammiti” adlandırıb.
Azərbaycan və Ermənistan liderləri artıq cümə axşamı ABŞ-a gəliblər.
Yaxın dörd onillikdir davam edən münaqişənin həllinə doğru mümkün addım həm də Trampın Birləşmiş Ştatları və özünü “qlobal sülhün əsas memarı” kimi təqdim etməyə çalışdığı bir vaxtda baş tutur.
Qeyd olunmalıdır ki, bu dəfəki razılaşmalar Moskvanın iştirakı olmadan əldə oluna bilər. Azərbaycan və Ermənistan əvvəllər Kremlin vasitəçilik cəhdlərinə baxmayaraq, bu prosesdə artıq Rusiyadan uzaqlaşdıqlarını nümayiş etdirirlər.
Ağ Evdə təşkil olunan sammitin özü belə Qərbin bölgədə artan təsirinin göstəricisi kimi qiymətləndirilə bilər. Bu həm də Bakı və İrəvanın xarici siyasət vektorlarını Rusiya orbitindən çıxarıb Qərbə yönəltməyə hazır olduqlarının açıq mesajıdır.
Üstəlik, danışıqların məhz indi – Trampın Kremlə Ukraynada atəşkəs imkanı ilə bağlı verdiyi “son xəbərdarlıq”ın vaxtı ilə üst-üstə düşməsi də simvolik məna daşıyır.

“Bu iki ölkə uzun illərdir müharibə şəraitində yaşayır və minlərlə insan həyatını itirib. Bir çox dünya lideri bu qarşıdurmaya son qoymağa çalışsa da, bu günə qədər heç kim uğur qazana bilməyib,” – deyə Tramp özünün Truth sosial platformasında yazıb.
Azərbaycan və Ermənistan liderləri artıq cümə axşamı ABŞ-a gəliblər.
Yaxın dörd onillikdir davam edən münaqişənin həllinə doğru mümkün addım həm də Trampın Birləşmiş Ştatları və özünü “qlobal sülhün əsas memarı” kimi təqdim etməyə çalışdığı bir vaxtda baş tutur.
Qeyd olunmalıdır ki, bu dəfəki razılaşmalar Moskvanın iştirakı olmadan əldə oluna bilər. Azərbaycan və Ermənistan əvvəllər Kremlin vasitəçilik cəhdlərinə baxmayaraq, bu prosesdə artıq Rusiyadan uzaqlaşdıqlarını nümayiş etdirirlər.
Ağ Evdə təşkil olunan sammitin özü belə Qərbin bölgədə artan təsirinin göstəricisi kimi qiymətləndirilə bilər. Bu həm də Bakı və İrəvanın xarici siyasət vektorlarını Rusiya orbitindən çıxarıb Qərbə yönəltməyə hazır olduqlarının açıq mesajıdır.
Üstəlik, danışıqların məhz indi – Trampın Kremlə Ukraynada atəşkəs imkanı ilə bağlı verdiyi “son xəbərdarlıq”ın vaxtı ilə üst-üstə düşməsi də simvolik məna daşıyır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri