Britaniya İsraili Qəzza planlarını yenidən nəzərdən keçirməyə çağırdı

Böyük Britaniyanın Baş naziri Kir Starmer cümə günü bildirib ki, İsrailin Qəzza üzərində nəzarəti ələ keçirmə planı yanlışdır və bu, yalnız yeni qan tökülmələrinə səbəb olacaq. Bu barədə RİA Novosti xəbər verir.
Baş nazir əlavə edib ki, Qəzzadakı humanitar böhran gündən-günə dərinləşir, HƏMAS isə girovları "qeyri-insani şəraitdə" saxlayır. O, atəşkəs çağırışı edib və bildirib ki, London və müttəfiqləri bölgədə iki dövlətli həll çərçivəsində sülhə nail olmağa çalışır.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan etmişdi ki, İsrail Qəzza zolağının tam ərazisi üzərində nəzarəti ələ keçirmək niyyətindədir. Məqsəd isə təhlükəsizlik perimetrini təmin etmək və daha sonra bölgəni yeni bir “mülki hökumət”ə təhvil verməkdir. Netanyahu əlavə edib ki, İsrail Qəzzada daimi nəzarəti saxlamayacaq, əməliyyatın məqsədi təhlükəsizlik zonası yaratmaqdır.
Ulusum.az
"İsrail hökumətinin Qəzzada hücumu gücləndirmək qərarı səhvdir və biz onları bu planı dərhal yenidən nəzərdən keçirməyə çağırırıq. Bu addımlar nə münaqişəni dayandıracaq, nə də girovların azad olunmasına yardım edəcək. Əksinə, yalnız daha çox qan axıdılacaq", – deyə Starmer hökumətin saytında dərc olunan bəyanatında bildirib.
Baş nazir əlavə edib ki, Qəzzadakı humanitar böhran gündən-günə dərinləşir, HƏMAS isə girovları "qeyri-insani şəraitdə" saxlayır. O, atəşkəs çağırışı edib və bildirib ki, London və müttəfiqləri bölgədə iki dövlətli həll çərçivəsində sülhə nail olmağa çalışır.
"Amma əgər tərəflər danışıqlarda səmimi şəkildə iştirak etməsələr, bu perspektiv gözümüz önündə yoxa çıxacaq. Bizim mesajımız aydındır: diplomatik həll mümkündür, lakin hər iki tərəf dağıdıcı yoldan dönməlidir", – deyə Starmer xəbərdarlıq edib.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan etmişdi ki, İsrail Qəzza zolağının tam ərazisi üzərində nəzarəti ələ keçirmək niyyətindədir. Məqsəd isə təhlükəsizlik perimetrini təmin etmək və daha sonra bölgəni yeni bir “mülki hökumət”ə təhvil verməkdir. Netanyahu əlavə edib ki, İsrail Qəzzada daimi nəzarəti saxlamayacaq, əməliyyatın məqsədi təhlükəsizlik zonası yaratmaqdır.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri