Bu gün, 16:30 0 Dünya

CNN Ukrayna müharibəsinin yekunlaşması üçün 5 ssenarini açıqladı

CNN Ukrayna müharibəsinin yekunlaşması üçün 5 ssenarini açıqladı
Ukraynada münaqişənin başa çatması ilə bağlı mümkün ssenarilərdən biri Kiyev və NATO üçün "faciəyə" çevrilə bilər. Bu barədə 5 avqustda CNN telekanalı məlumat verib və Ukrayna böhranının həlli üçün beş mümkün variantı təqdim edib, – deyə TASS yazır.

CNN-in yazdığına görə, bu ssenarilərdən birinə əsasən, ABŞ və Rusiya arasında yaxınlaşma baş verə bilər, Ukrayna isə "talehin ümidinə buraxılar", Avropa isə ABŞ-ın dəstəyi olmadan vəziyyəti dəyişməyə qadir olmayacaq. Nəticədə, əgər Vladimir Zelenski ölkənin müdafiəsini gücləndirmək üçün daha çox insanı səfərbər etməyə cəhd etsə, Kiyevdə hərbi kadr çatışmazlığı "siyasi fəlakətə" çevriləcək, bu zaman isə Rusiya qoşunları cəbhədə irəliləməyə davam edəcək, – CNN qeyd edir.

Telekanalın fikrincə, Rusiya ilə Ukrayna arasında döyüşü "Ukraynada aparmağı" üstün tutan Avropa İttifaqının birbaşa münaqişəyə daxil olmaq hüququ olmayacaq. Bu səbəbdən NATO "vahid cavab verə bilməyəcək" və bu, Avropa üçün "dəhşətli kabusa" çevrilə bilər.

CNN-in təhlilinə görə, hadisələrin inkişafı daha dörd ssenari üzrə də mümkün görünür. Birinci variant – Putinin qeyd-şərtsiz atəşkəsə razılaşmasıdır, lakin bu, "çox az ehtimal olunan" nəticə hesab edilir.

İkinci ssenaridə tərəflər yenidən danışıqlara razılaşır və bu, cəbhə xəttinin oktyabr ayına qədər "dondurulmasına" gətirib çıxarır.

Üçüncü variant CNN-in fikrincə "Ukraynanın ümid edə biləcəyi ən yaxşı nəticədir" – bu zaman Kiyev ABŞ və Avropadan alınan hərbi dəstək hesabına qarşıdakı iki ili birtəhər keçirir.

Dördüncü ssenariyə əsasən, Rusiya "Əfqanıstandakı sovet təcrübəsini təkrarlaya", müttəfiqlərini itirə və Vaşinqtonla qarşıdurmaya qayıda bilər.

Ulusum.az






Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: