Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!

Biz övladlarımızı göz bəbəyimiz kimi qoruyuruq. Onları sevgi ilə böyüdürük – geyimini seçir, yeməyini bişirir, saçlarını darayır, gözlərinə yuxu, ürəyinə rahatlıq veririk. Elə bilirik ki, belə qayğı ilə qoruduğumuz uşaqlar təhlükədən uzaqdır…
Amma bəzən ən vacib olanı – təhlükəni — görmürük. Düşünürük ki, “Qonşudur, tanıyıram”, “Qoca adamdır, nə edə bilər ki?”, “Heç ağlıma gəlməzdi…”
Sabirabadda azyaşlı bir uşağa qarşı 64 yaşlı bir kişinin etdiyi iyrənclik — bütün bu "etibar" illüziyalarının necə təhlükəli olduğunu bir daha göstərdi. Daha dəhşətlisi isə bu iyrəncliyi kənardan müşahidə edib videoya çəkən şəxsin olmasıdır. Bəli, kimsə bu cinayəti izləyib və susub. Hətta çəkib yaymaqla, uşaq üçün ikinci bir travmaya çevrilib.
Uşaq susur… Amma gözləri danışır. Bəzən uşaq qorxur, utanır, danışa bilmir. Valideyn isə hiss etmir… etməməyə üstünlük verir… ya da sadəcə başı o qədər qarışıb ki, “evdəkilər baxır” deyə özünü aldatmağa davam edir.
Əziz valideynlər…
Uşaqlarınızı heç kimə – heç kimə – etibar etməyin. Qohumdur, tanışdır, yaşlıdır – fərq etməz. İnam ən böyük fürsətdir istismarın başlanması üçün. Gözünüz hər zaman onların üzərində olsun, telefonlarına, davranışlarına, baxışlarına, qorxularına diqqət edin. Çünki bir gün “bilmirdim” demək bəs etmir.
Bu cür hallarda yalnız əxlaqsızlığı edən deyil, susan da, görüb müdaxilə etməyən də cinayətkardır. Hər kəs məsuliyyət daşıyır – görən, çəkən, susan, paylaşan...
Uşaqlarımızı qorumaq təkcə dövlətin deyil, hər birimizin borcudur. Biz göz yummasaq, susmasaq, gizlətməsək — cəmiyyət dəyişəcək. Amma hər susqunluq — yeni bir cinayətə yaşıl işıqdır.
Bu gün Sabirabadda baş verən hadisəyə susmaq — sabah sənin qapında yaşanacaq bənzərinə razı qalmaqdır.
Əgər bir uşaq qorxursa, deməli, bir böyüyün susması var ortada. Susmayaq. Utandırmayaq. Uşaqları qorxutmayaq. Qoruyaq.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 16:12
“Bilik Karvanı” aksiyasına rəsmi start verildi
Hadisə
Bu gün, 16:09
İnterpol onu axtarırdı – Azərbaycanda yaxalandı
Sağlamlıq
Bu gün, 16:00
Niyə "ayaq üstə ayaq" oturmaq olmaz?
Mədəniyyət
Bu gün, 15:00
Azərbaycan animasiyası beynəlxalq səhnədə
Maraqlı
Bu gün, 12:00
Uşağın rəsmləri onun haqqında nə deyə bilər?
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri