Bu gün, 14:00 0 Dünya

Netanyahudan Qəzzaya nəzarət planı: İsrail işğalı rəsmən təsdiqlədi

Netanyahudan Qəzzaya nəzarət planı: İsrail işğalı rəsmən təsdiqlədi
İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun Qəzza zolağının işğalı ilə bağlı təşəbbüsünü təsdiqləyib. Bu barədə jurnalist Barak Ravid sosial şəbəkə X-də İsrail rəsmisinə istinadən məlumat verib.

“Kabinet Netanyahunun Qəzzaya nəzarət təklifini qəbul edib”, – deyə Ravid yazıb.


Daha sonra bu məlumatı Baş nazirin ofisinin bəyanatına istinadən Times of Israel nəşri də təsdiqləyib.

Mənbələrin bildirdiyinə görə, İsrail döyüş zonalarından kənarda olan mülki əhalini humanitar yardımla təmin edəcək. Hökumət, həmçinin HƏMAS-a qarşı münaqişənin dayandırılması üçün beş tələbi formalaşdırıb. Tələblərin detalları açıqlanmayıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: