Qubada Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi keçirilib - FOTOLAR
Qubada Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi keçirilib
Quba rayonunda Dağ Yəhudilərinin İrsi Mərkəzində əməkdar jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi keçirilib.
"Ulusum"un Şimal bürosunun məlumatına görə, sərgidə bir sıra xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri, dövlət rəsmiləri və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.
Sərgidə açılış nitqi ilə çıxış edən Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryayev atası Raşbil Zaxaryayevin yubileyinə həsr olunmuş sərginin əhəmiyyətindən bəhs edərək, onun xatirələrindən danışıb. O, çıxışı zamanı “Azərbaycanın etnomədəni müxtəlifliyi” kitabının yeni nəşrinin təqdim edərək kitab haqqında qısa məlumat verib.
Tədbirdə iştirak edən İsrailin Azərbaycandakı səfiri Corc Dik, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Milli Məclisinin millət vəkilləri Vahid Əhmədov, Anatoliy Rafailov, Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Qubada və Moskvada Azərbaycan və rus dillərində nəşr olunan “Birlik-Edinstvo” qəzetinin redaktoru Nəcəfqulu Nəcəfov əməkdar jurnalistin həyat və yaradıcılığı ilə bağlı çıxış edərək öz xatirələrini bölüşüblər.
Tədbirdə Qırmızı qəsəbənin İ.Xanukov adına 1 nömrəli tam orta məktəbinin şagirdləri Raşbil Zaxaryayevin qələmə aldığı şeir parçalarından nümunələr səsləndiriblər.
Xanlar Qaraca.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi