Bu gün, 13:00 0 Hadisə / Dünya

Stavropolda ana uşağını alkoqolla sakitləşdirdi – körpə dünyasını dəyişdi

Stavropolda ana uşağını alkoqolla sakitləşdirdi – körpə dünyasını dəyişdi
Stavropol diyarında yaşayan qadın körpəsini sakitləşdirmək üçün ona spirtli içki verdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb. Bu barədə aif.ru yerli məhkəmənin mətbuat xidmətinə istinadla məlumat yayıb.

İstintaqın versiyasına görə, hadisə bu ilin aprelində baş verib. Körpənin dişləri çıxmağa başladığı üçün uşaq ağlayırmış. Anası isə onu sakitləşdirmək məqsədilə pivə içirib.

Nəticədə körpənin orqanizmi alkoqolu qəbul edə bilməyib və növbəti dəfə içkini qəbul etdikdən sonra vəziyyəti kəskin pisləşib. Uşağın həyatını xilas etmək mümkün olmayıb.

Ekspertizanın nəticələrinə əsasən, körpənin ölümünə kəskin alkoqol zəhərlənməsi səbəb olub. Həmçinin qaraciyər, böyrəklər və mədəaltı vəzidə hüceyrə atrofiyası aşkarlanıb.

Hadisədən sonra qadın özü hüquq-mühafizə orqanlarına müraciət edib, təqsirini etiraf edərək istintaqa yardım edib.

Məhkəmə bu amilləri nəzərə alaraq qadını 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Bundan əlavə, həmin müddət ərzində o, yaşayış yerini dəyişə bilməyəcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: