Bu gün, 12:30 0 Dünya

Təhlükəsizlik zəmanətləri həftənin sonuna qədər formalaşa bilər

Təhlükəsizlik zəmanətləri həftənin sonuna qədər formalaşa bilər
ABŞ Dövlət katibi Marko Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasına dair danışıqlara rəhbərlik edəcək. Bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu məqsədlə ABŞ, Avropa və Ukraynadan nümayəndələrin daxil olduğu birgə komissiya yaradılıb. Komissiyaya ABŞ Dövlət katibi rəhbərlik edir. Müzakirələrdə həmçinin Ukrayna və Avropa ölkələrindən milli təhlükəsizlik üzrə müşavirlər də iştirak edirlər.

Məlumata görə, yaxın günlərdə danışıqlar intensiv şəkildə davam edəcək. “Böyük ehtimalla həftənin sonuna qədər təhlükəsizlik zəmanətlərinin dəqiq arxitekturası müəyyənləşəcək”, – deyə adının açıqlanmasını istəməyən ukraynalı rəsmiyə istinadən xəbər verilir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: