Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq
Gələn ildən ölkəmizdə icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən xidmətlərin dairəsi daha da genişlənəcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin planına əsasən, 2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.
İlkin mərhələdə ürək-damar xəstəlikləri üzrə dərmanların təminatı nəzərdə tutulur. Növbəti illərdə isə bu imkan genişləndirilərək mərhələli şəkildə həzm sistemi və tənəffüs yolları ilə bağlı dərman vasitələri də əhaliyə təqdim olunacaq.
Yeni mexanizmin işləməsi üçün Dövlət Agentliyi özəl apteklərlə əməkdaşlıq edəcək. Müqaviləli apteklər vasitəsilə vətəndaşlar həkim resepti əsasında elektron qaydada dərmanlarını əldə edə biləcəklər.
Eyni zamanda, "Xidmətlər zərfi" ürək-damar, neyrocərrahiyə, ümumi cərrahiyə, uroloji, oftalmoloji, travmatologiya və laborator sahələrdə də yeni tibbi xidmətlərlə zənginləşdiriləcək. (baku.ws)
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib