Bu gün, 14:00 0 Hadisə / Dünya

Avstraliyada qadın içi ponçiklə dolu yük maşınını oğurladı

Avstraliyada qadın içi ponçiklə dolu yük maşınını oğurladı
Daily Mail yazır ki, Avstraliyada qadın gecə saatlarında içində 10 min ponçik olan yük maşınını qaçırıb. Hadisə anı təhlükəsizlik kameralarına düşsə də, hələlik qadının kimliyi və harada olduğu müəyyənləşdirilməyib.

Məlumata görə, sürücü mağazaya girdiyi vaxt avtomobilin açarını üzərində qoyub və qadın bundan istifadə edərək furqonu aparıb.

Ponçik istehsalı ilə məşğul olan şirkət bildirib ki, təxminən 10 min məhsul oğurlanıb. Bununla bağlı zavodda işçilər artıq sifarişləri yerinə yetirmək üçün gecə-gündüz çalışmalı olurlar.

Polis hazırda axtarış aparır və hadisə barədə məlumatı olanları əlaqə saxlamağa çağırıb. Oğrunun furqonda ponçiklərin olduğunu əvvəlcədən bilib-bilmədiyi isə bəlli deyil.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: