Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO

Azərbaycan Deflimpiya Komitəsinin nümayəndə heyəti 13-15 avqust 2025-ci il tarixlərində Almaniyanın Hannover şəhərində keçirilən Avropa Karlar İdman Komitəsinin (European Deaf Sport Organisation – EDSO) Növbədənkənar Konqresində iştirak edib.
Ulusum.az-ın məlumatına görə, tədbirdə nümayəndə heyətinə Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov rəhbərlik edib. Konqres çərçivəsində üzv ölkələrin aidiyyəti qurumları ilə əlaqələr yaradılıb, yeni əməkdaşlıq imkanları müzakirə olunub və EDSO-nun yenilənmiş Konstitusiyası qəbul edilib.
Bununla yanaşı, Aşağı Saksoniya Torpaqlarının İdman Birliyinin idman kompleksində 2026-cı ildə baş tutacaq Avropa Karlar Gənclər Festivalının keçiriləcəyi məkanlara baxış keçirilib.
Azərbaycan Deflimpiya Komitəsinin idarə heyətinin üzvü və Prezident mükafatçısı Nərgiz Abdulova ilk dəfə beynəlxalq tədbirdə iştirak etdiyini bildirərək, təəssüratlarını bölüşüb:
Tədbirdə iştirak, ölkəmizdə eşitmə məhdudiyyətli şəxslərin idman hərəkatının inkişafına mühüm töhfə kimi qiymətləndirilir.

“Bu tədbir mənim üçün çox dəyərli bir təcrübə oldu. Müxtəlif ölkələrdən gələn idman komitələrinin üzvləri ilə tanış oldum, onların təcrübələrindən öyrəndim və yeni əlaqələr qurdum. Əldə etdiyimiz biliklər gələcəkdə Azərbaycanda yaşayan eşitmə məhdudiyyətli gənclər üçün yeni imkanların yaradılmasına töhfə verəcək. Əminəm ki, bu gənclərin Avropaya çıxış imkanları artacaq. Gənclərimizin idman sahəsində qazandıqları uğurları izləmək bizim üçün qürurverici olacaq. Bu gün Azərbaycan Deflimpiya Komitəsinin beynəlxalq aləmdə təmsil olunması ölkəmizdə idmanın inklüziv inkişafına verilən önəmin bariz nümunəsidir. Azərbaycanı bu konqresdə təmsil etmək mənim üçün böyük şərəf və qürurdur.”
Tədbirdə iştirak, ölkəmizdə eşitmə məhdudiyyətli şəxslərin idman hərəkatının inkişafına mühüm töhfə kimi qiymətləndirilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 18:00
CNN: Tramp Zelenskiyə “acı həbi udmağı” tələb edir
Gündəm
Bu gün, 17:42
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
İqtisadiyyat
Bu gün, 17:00
SOCAR və CIMA arasında yeni əməkdaşlıq sazişi
Siyasət
Bu gün, 16:48
İlham Əliyev İsrailin yeni səfirini qəbul edib
Mətbəx
Bu gün, 16:20
Moruq Jelesi – Yayın Şirin Sehrı
Dünya
Bu gün, 16:00
Aclıq, müharibə, ölüm… Sudan faciəsi dərinləşir
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO