Bu gün, 20:34 0 Gündəm / Cəmiyyət

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Bakıya göndərildi

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Bakıya göndərildi
Kiyevdən Bakıya reabilitasiya məqsədilə daha bir qrup ukraynalı uşaq yola salınıb. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, diplomatlar və uşaqların valideynləri iştirak ediblər.

Səfir Seymur Mərdəliyev bildirib ki, daha 30 ukraynalı uşaq Azərbaycana reabilitasiyaya göndərilir. Artıq üç ildən çoxdur ki, Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edir, onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək göstərir.

Diplomatın sözlərinə görə, bu dəfəki qrupda Xarkov, Odessa, Vinnitsa və Kiyev vilayətlərindən olan müxtəlif yaş qruplarına aid uşaqlar yer alıb. Onlar ölkəmizdə həyata keçirilən xüsusi proqramlarda iştirak edərək psixoloji bərpa və reabilitasiya keçəcəklər.

Qeyd edək ki, bu günədək təxminən 400 ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib. (azərtac)

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: