Bu gün, 20:00 0 Şou-biznes

Dilan Polat və “qara qutu” Şule qarşı-qarşıya gəldi - FOTO

Dilan Polat və “qara qutu” Şule qarşı-qarşıya gəldi - FOTO
Dilan və Engin Polat cütlüyü çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs olunana qədər Polat ailəsi ilə birlikdə yaşayan köməkçi Şule hər addımı ilə tez-tez gündəmə gəlirdi. Dilan Polat-ın demək olar ki, hər paylaşımında o da görünürdü. Polat-ın “sağ qolu” hesab edildiyi üçün “qara qutu” ləqəbini almışdı. Həmçinin Polatların övladları Milan Efe və Nilda ilə də mütəmadi olaraq paylaşımlar edirdi.

Dilan Polat və “qara qutu” Şule qarşı-qarşıya gəldi - FOTO


Polat cütlüyünün həbsindən sonra Şulenin oturum icazəsinin bitdiyi üzə çıxmış və o, ölkədən deportasiya edilərək vətəni Özbəkistana göndərilmişdi. Lakin orada da sosial şəbəkələrdə aktivliyini davam etdirmiş, hətta Özbəkistanda gecə klubu açdığı iddia olunmuşdu.

Həbsdən azad ediləndən sonra paylaşımlarına sürətlə davam edən Dilan Polat isə deportasiya edilən köməkçisi Şule-ni geri gətirmək üçün əlindən gələni etdiyini açıqlamış və Şule-nin qayıdışı ilə sevincini gizlətməmişdi.

Lakin son günlərdə Dilan Polat ilə Şule arasında gərginlik yaşanıb. Polat, köməkçisinin mesajlarını Instagram-da paylaşaraq “Sən mənim patronum deyilsən” deyib. Daha sonra isə əsəblərinə hakim ola bilməyərək sərt ifadələr işlədib:

“Bu qədər hörmətsizlik çox artıqdır. Həqiqətən işləmək istəmir, gəlmək istəmir, məcburi gəlir. Amma insana bir ‘üzr istəyirəm’ deyərlər. Onsuz da sənin çoxdan Dubaya getmək fikrin var idi, sən gedəndə bunu planlamışdın! Bu açıq şəkildə məni hədələməkdir. Mənimlə necə belə oynaya bilərsən?”




Dilan Polat daha da əsəbiləşərək əlavə edib:

“Sən mənim evimə gələn adama qarışa bilməzsən. Mən özümü parçaladım ki, sənə iş icazəsi alım, niyə bu qədər əziyyət çəkdim? Yazıq, çox yazıq...”


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: