Qafqazda siyasi oyun gedir?

Son dövrlər Cənubi Qafqaz ölkələri üzərindən ciddi siyasi oyunlar qurulmağa çalışılır. Bütün tarixi dövrlərdə böyük güclərin marağında olan region hər zaman bunun fəsadlarını yaşayıb. Heç bir qüvvə Qafqazda sülh olmasının tərafdarı olmayıb və bu məqsədə müxtəlif alətlərlə çatmağa çalışıb. Beynəlxalq qüvvələrin bu siyasətindən isə hər zaman yerli əhali əziyyət çəkib.
Azərbaycanın Qarabağ məsələsini cəmi 44 gün ərzində həll etməsi isə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Region üçün birdən-birə yaranan sülh, iqtisadi inkişaf imkanları bir sıra dairələrin planlarını əsaslı şəkildə pozdu. Pozulmuş planların nəticəsi olaraq həmin qüvvələr təcili yeni planlar qurmağa, yeni alətlər axtarmağa başladılar.
Ulusum.az Trend-ə istinadən xəbər verir ki, region ölkələri içərisində yeganə siyasi, iqtisadi sabitlik olan ölkə Azərbaycandır. Həm Gürcüstanda, həm də Ermənistanda hazırda ciddi hakimiyyət davaları aparılır. Dövlətin dayaqları ciddi şəkildə sarsıdılmağa çalışılır. Hər iki ölkədə böyük güclərin maraqlarının toqquşması sanki "şişmək" effekti verir. Etirazlar, toqquşmalar bu qəbildəndir.
Görünən odur ki, region dövlətlərini bir-birinə düşmən etmək siyasəti hazırda tam da effektiv deyil, əvəzində daxili münaqişələr yaradılmağa çalışılır.
Baş verənlər fonunda Azərbaycanın yürütdüyü siyasət peşəkar və dəqiq hesablanıb. Azərbaycan bu gün region üçün balanslaşdırıcı rol oynayır və regiondakı sabitliyin yaradıcısı da məhz Azərbaycandır. Bu gün regionda proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun baş verir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri