Zəngəzur dəhlizi ölkəmizə nələr VƏD EDİR? - EKSKLÜZİV
2020-ci il Vətən müharibəsindəki qələbədən sonra ölkəmizin qarşısında yeni perspektivlər açıldı. Bunlardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. 10 Noyabr 2020-ci il tarixli üçtərəfli birgə bəyanata əsasən,tarixi Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı işlərə başlanılmalıydı. Bəs bu layihəni ölkəmiz və region üçün zəruri edən məqamlar hansılardır?
Bu barədə ictimai-siyasi fəal Elvin Baxşalızadə Ulusum.az-a açıqlamasında deyib.
"İlk öncə dəhlizin Azərbaycan üçün lokal müstəvidəki əhəmiyyətinə toxunaq. Məlum olduğu kimi, artıq uzun illərdir Naxçıvan MR ilə ölkəmizin digər bölgələri arasında avtomobil və dəmir yolu əlaqəsi mövcud deyil. Naxçıvan MR ölkənin əsas hissəsindən təcrid olunub. Bu baxımdan dəhlizin açılması doğma bölgəmiz Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək və bölgəyə yeni nəfəs verəcək. Zəngəzur dəhlizinin keçəcəyi bölgələrdə iqtisadi-sosial canlanma yaranacaq,xarici investorların cəlbi üçün yeni fürsətlər yaranacaq.
Zəngəzur dəhlizinin açılması ilə bağlı ikinci vacib məqam isə,onun türk dünyasını vahid bir məkan şəklində birləşdirməsi ilə bağlıdır. Dəhlizin birləşdirəcəyi türkdilli ölkələr kifayət qədər böyük iqtisadi potensialı və təbii resurslara malikdir. Hazırda türkdilli ölkələrin illik ÜDM göstəricisi 1.1 trilyon dollardan artıqdır. Yaxın gələcəkdə bu göstəricini ciddi şəkildə artırmaq üçün iqtisadi-sosial inteqrasiyanı gücləndirmək vacibdir. Azərbaycan,Qazaxıstan və Türkmənistanın neft və təbii qaz ehtiyyatları,Özbəkistan və Qırğızıstanın turizm,kənd təsərrüfatı imkanları diqqəti cəlb edir. Türkiyə isə,iqtisadi baxımdan bu birliyin əsas lokomotividir.Turizm,sənaye,inşaat,maşınqayırma və müdafiə texnologiyaları istehsalı baxımından Türkiyə çox ciddi nəticələrə nail olub. Türk Dövlətləri Təşkilatının son zirvə görüşlərində əsas müzakirə mövzuları da məhz iqtisadi yönümdə baş tutur. Ticarət həcminin genişləndirilməsi,gömrük prosedurları ilə bağlı sadələşdirmələr,kvotaların aradan qaldırılması,rəqəmsal iqtisadiyyata keçid və sair məsələlər diqqət mərkəzindədir", - deyə Elvin Baxşalızadə bildirib.
Hazırda Zəngəzur dəhlizinin qlobal miqyasdakı əhəmiyyətinə diqqət çəkən ictimai-siyasi fəal Zəngəzur dəhlizinin gələcəkdə Orta Dəhlizin ən mühüm halqalarından birinə çevriləcəyini qeyd edir. Onun sözlərinə görə, Orta Dəhliz geniş anlamda Asiya və Avropa qitələrini birləşdirir. Çin, Mərkəzi Asiya ölkələri,Xəzər Dənizi,Azərbaycan,Gürcüstan və Türkiyə üzərindən keçərək iki qitəni birləşdirən marşrut funksiyasını yerinə yetirir. Çin və Avropa Birliyi arasındakı illik yüz milyardlarla dollarlıq ticarət həcminin,200 milyon tondan çox yükdaşımanın bir hissəsi də Orta Dəhliz vasitəsi ilə həyata keçirilir(Mənbə:Caspiannews.com). Son illərdə Rusiya ərazisindən keçən Şimal Dəhlizi ilə rəqabətdə Orta Dəhliz bir neçə addım önə keçməyi bacardı. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal qonşumuzun tranzit ölkə kimi effektivliyi sual altına düşdü. Bu konteksdə Orta Dəhliz alternativ marşrut kimi daha çox gündəmə gəlməyə başladı. Hazırda Orta Dəhliz üzrə hərəkət edən qatarlar Çindən Avropaya 10-12 günə çatır(Mənbə:Azərbaycan Dəmir Yolları). Müqayisə üçün Şimal Dəhlizində yükdaşımalar üçün əlavə bir neçə gün tələb olunur. Yükdaşımanın bu qədər qısa müddətdə həyata keçirilməsi Orta Dəhlizə marağı daim artırır. Bu özünü son illərin yükdaşıma həcmindəki artımla da göstərdi.
"2020-2021-ci illərdə Orta Dəhlizlə ümumi yükdaşıma həcmi 350-530 min ton arasında dəyişmişdir. 2022-ci ildə isə bu göstərici 3.2 milyon tona qədər artırıb. (Mənbə:Foreign Policy Research İnstitute). Qarşıdakı illər ərzində Orta Dəhlizin keçdiyi tərəfdaş ölkələrdə görüləcək infrastruktur yeniləmələri,ölkələrarası yük daşıyıcılarının və müvafiq dövlət qurumlarının fəaliyyətinin effektiv təşkili nəticəsində yükdaşıma müddətini daha da azaltmaq,daşınan yüklərin həcmini isə 3 dəfəyə qədər artırmaq mümkündür. Nəticədə tranzit gəlirlərindən başqa, Azərbaycan da daxil olmaqla region ölkələri üçün yeni fürsətlər yaranacaq", - deyə Elvin Baxşalızadə qeyd edib.
O həmçinin vurğulayıb ki, qlobal güc mərkəzləri üçün yeni cazibə mərkəzi, investisiya cənnətlərindən biri məhz bizim region olacaq.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
4-05-2024, 11:30
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Rövşən Rüstəmov Bakı-Tbilisi-Qars dəmir yolunda (BTQ)
23-04-2024, 08:45
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti
3-05-2024, 14:20
3 May - Türkçülük Günüdür.. Hələ 80 il bundan öncə qardaş Türkiyənin paytaxtı Ankarada baş vermiş ideoloji hadisələrdən
7-05-2024, 08:00
Ulusum.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə
5-05-2024, 19:48
NATO-Rusiya gərginliyi durmadan artır, Qərbdə zaman qazanılması üçün Ukrayna savaşının uzadılmasına qərar verilib...
Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 21:03
Xoruldamağın qarşısını necə almaq olar?
Cəmiyyət
Dünən, 16:42
Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunur
Hadisə
Dünən, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Dünən, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Dünən, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Dünən, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Dünən, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar