7-05-2024, 08:00 0 Gündəm / Cəmiyyət

Çətin işlərə başlaya bilərsiniz..

Çətin işlərə başlaya bilərsiniz..
Ulusum.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - işlərinizdə uğur vəd edən gündür. Sizə yardım edə biləcək insanların dəstəyini qazana bilərsiniz. Bədxahlar və rəqiblər aktiv olsalar da, onların çirkin intriqasını faş edin.

Müttəfiqlərə yardım göstərməyə hazır olun. Bu gün onların sizin dəstəyinizə ehtiyacı ola bilər.
Səfərlər üçün uğurlu gündür.

Axşam saatlarında alış-veriş edin.
Macəra istisna olunmur.

Buğa - ciddi iş və ya genişmiqyaslı layihə, perspektivə hesablanmış yenilik üçün əlverişli gün deyil. Şəxsi işlərinizin hamısını yoluna qoyun. İşdə həvəssiz, ətalətli, süst çalışmayın.

Ünvanınıza çox tənqid səslənəcək və onların əksəriyyəti konstruktiv olmayacaq.
Münaqişə istəmirsinizsə, təmkinli davranın.

Gerçəkdən də, xoşladığınız işlə məşğul olanda əhvalınız yaxşılaşacaq.
Sevimli iş üçün mütləq vaxt tapın.

Dəvət aldığınız tədbirə qatılın, susqun və laqeyd davranmayın.
Alış-verişdə planlaşdırılmamış heç nə almayın.

Əkizlər - problemli gündür. Müşkülləri ciddiləşməyə qoymayın. Qətiyyət, əzm və iradəniz, habelə praktik davranışınız mühüm işlərin öhdəsindən tezliklə gəlməyə imkan verəcək.

Günün ikinci yarısı ünsiyyət, qeyri-rəsmi təmaslar və işlə bağlı danışıqlar üçün əlverişlidir.
Aldığınız məsləhətləri düşünmədən rədd etməyin: onların arasında xeyirlisi var.

Xoş sürpriz, hədiyyə istisna deyil. Yaşam potensialı yüksəkdir.
Axşam saatlarında açıq havada aktiv istirahəti seçin.

Xərçəng - rəvan və stabil olmayan gündür. İşlər gah əla olacaq, gah da problemlərlə qarşılaşacaqsınız. Emosional fondakı yerdəyişmələr sizi usandıracaq. Günün ortasında yorulduğunuzu hiss edəcəksiniz.

Qısamüddətli də olsa, istirahətə vaxt tapın, qüvvələrinizi bərpa edin.
İşdə həmkarlarla fikir ayrılığı yarana bilər. Sərt mübahisəyə başlamayın, ümumi dil tapın və harmoniyanı tezliklə bərpa edin.

Ailə üzvləriniz sizə yardım etməsələr də, ev işlərinin öhdəsindən gələcəksiniz.
Qeyri-adi məşğuliyyət, müxtəlif eksperimentlər üçün əlverişli gündür.

Şir - konstruktiv düşünün, praktiki davranın, soyuqqanlı və təmkinli olun. İşdə və evdə münaqişlərə yol verməmək üçün sağlam məntiqə istinad edin.

İstənilən yeni layihə və ya planı sizin üçün önəmli insanlarla müzakirə edin. Belə davransanız, gələcəkdə yarana biləcək bir sıra problemlər və anlaşılmazlıqların qarşısını ala bilərsiniz.
Sual verməkdən çəkinməyin. Aldığınız cavablar sizi sevindirəcək.

Problemlərinizi yaxın insanlarla bölüşün. Yardım, dəstək və məsləhət alacaqsınız.
Evdə təmirə başlamaq, mebelin yerini dəyişmək, yaxud da interyeri yeniləmək olar.

Qız - məntiqsiz və səbəbsiz riskə yol verməyin. Düşünülməmiş addımlar atmayın. Belə olarsa, gün uğurlu alınacaq. Əvvəlcədən hazırladığınız plan üzrə hərəkət edin.

İmprovizəyə ehtiyac yaranarsa, yaxın ətrafınızdakı insanları heyrətləndirəcək və ya şoka sala biləcək əməllər yiyəsi olmayın.
Ənənə və qaydaları pozmaq məsləhət deyil.

Qısamüddətli səfərlər, yaşam arealının dəyişdirilməsi üçün əlverişli vaxtdır.
Hisslərinizi etiraf edin, sevdiyiniz insanla birgə vaxt keçirin.

Axşam saatlarında bir qədər romantikaya dalın.

Tərəzi - diqqətli və sərvaxt olun. Fikrinizi yayındırmayın, işlərinizlə məşğul olun. Yaxın ətrafınızdakı insanların sizə mane olmalarına iman verməyin. Yardım istəyənə dəstək olun.

Amma başqasının tələblərini yerinə yetirən müti şəxsə çevrilməyin. Əks təqdirdə bütün günü başqalarının problemlərini həll etməli olacaqsınız.
İşgüzar əlaqələrdə diqqətli və həssas olun. Fırıldaq qurbanına çevrilməyin.

Qarşılaşdığınız müşküllər barədə ailə üzvlərinə, etibar etdiyiniz şəxslərə danışsanız, problemlərin həlli asanlaşacaq. İkibaşlı sözlər və birmənalı olmayan ifadələr söyləməyin. Belə ünsiyyət qarşılıqlı anlaşmaya mane olur.

Axşam saatları sakit istirahət üçün əlverişlidir.

Əqrəb - ən müxtəlif işlər üçün uğurlu gündür. Həmfikir və müttəfiqlər tapmaq çətin deyil. Hətta ən cəsarətli ideyalarınız dəstəklənəcək.

Yaradıcı potensialınız çox yüksəkdir və köhnə problemlərin qeyri-standart həllərini tapacaqsınız.
Mənfəətli anlaşmlara nail olmaq, habelə böyük gəlir əldə etmək imkanları var.

Şəxsi həyatda yaxşılığa doğru ciddi irəliləyişlər və yeniliklər istisna deyil. Qəfil hadisələr pozitiv məcradadır. Dostlarla görüş və qonaq qəbulu üçün pis gün deyil.

Uzun səfərlərdən imtina edin, yolda və sükan arxasında ehtiyatlı olun.

Oxatan - asan və rahat gündür. Bir neçə xoş xəbər alacaqsınız. Köhnə dostlardan ismarıc istisna deyil.
Bir zamanlar məhsuldar əməkdaşlıq etdiyiniz şəxslər özlərini xatırlada bilərlər.

Köhnə əlaqələri bərpa etmək olar.
İşgüzar əlaqələrin yenidən gündəmə gətirilməsi çətin olacaq. Romantik münasibətlərdə əvvəlki səhvləri təkrarlamayın.

İstənilən işə həvəslə, maraqla başlasanız, tapşırığın öhdəsindən gələ bilərsiniz.
Alış-veriş üçün sərfəli vaxtdır. Xərclədiyiniz pullara heyfiniz gəlməyəcək.
Səfər uğurlu alınacaq.

Oğlaq - günün ilk yarısı işlərlə şəxsi münasibətlərdə problemlərin həlli üçün yararldır. Ünsiyyət, birgə layihələrin həyata keçirilməsi, müxtəlif görüşlərdə xeyir var.

Yeni tanışlar sizi bəyənəcəklər. Köhnə tanışlarla ünsiyyətiniz yaxşı olacaq. Maraqlarınızı qoruyanda kimsənin xətrinə dəyməyin, pərişan etməyin.
Günün ikinci yarısı o qədər də uğurlu deyil.

Çoxsaylı kiçik çətinliklər yaranacaq ki, onlar da sizi sinirləndirəcək, qıcıqlandıracaq. Səfər və ya ezamiyyətdən imtina edin, fiziki işləri azaldın.

Səhhətinizdə kiçik problemlər olacaq.
Başağrısı və yuxusuzluq istisna deyil.

Dolça - uğurlu gündür. Fəal və enerjili olun. İşlərin öhdəsindən sürətlə gəlin, ideyalarınızı reallaşdırmaq və planlarınızı həyata keçirmək üçün həmfikirlər tapın.

Bu günə təyin edilmiş danışıqlar, sövdələşmələr və anlaşmalar məhsuldar, qarşılıqlı sərfəli əməkdaşlığın əsasını qoyacaq.

Seminar və konfransda uğur qazana bilərsiniz. Faydalı tanışlıq ehtimalı var.
Səfər əhvalınızı yaxşılaşdıra bilər. Şəraitin dəyişdirilməsi hər baxımdan xeyirdir. Yaradıcı potensial yüksəlir, xeyli maraqlı ideyalar yaranır.

Yeni, hətta ən çətin işlərə başlaya bilərsiniz. Belə işlərin öhdəsindən gələcəksiniz.

Balıqlar - ən mühüm işlərlə günün ilk yarısında məğul olun. Məhz bu zaman ən böyük uğurlara nail ola bilərsiniz. Danışıqlar məhsuldar olacaq. Mənfəətli və sərfəli sövdələşmələrə nail olacaqsınız.

İş yerini dəyişmək, yeni tərəfdaşlarla əməkdaşlığa və ya layihəyə başlamaq üçün əlverişli vaxtdır.
Peşəkar müstəvidə qarşınızda yeni, cazibədar perspektivlər açılır.

Günün ikinci yarısı xoşagəlməz sürprizlər vəd edir. Lakin nikbinliyi itirməyin. Dostlar və qohumlar niyyətlərinizi dəstəkləyəcəklər.

Axşam saatları maraqlı görüşlər, sevdiyiniz insanla özəl ünsiyyət vəd edir.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: