İtaliyanın Belkastro şəhərinin meri yerli sakinlərə xəstələnməyi qadağan edib

İtaliyanın cənubunda yerləşən Belkastro şəhərinin sakinlərinə rəsmi olaraq xəstələnmək qadağan edilib. Bu qərarı yerli meri Antonio Torqya imzalayıb, məlumatı Catanzaro Informa nəşri yayıb.
Belkastro sakinlərinə, hər hansı tibbi yardım, xüsusən təcili tibbi yardım tələb edən xəstəliklərə yoluxmamağa çağırılıb, çünki şəhər, təxminən 1300 nəfərlik əhalisi ilə səhiyyə sahəsində resurs və kadr çatışmazlığı yaşayır.
Bununla yanaşı, Torqya bu fərmana «ironiya ilə yanaşmaq» lazım olduğunu vurğulayıb. O, öz qərarını «kömək çağırışı» kimi qiymətləndirib və diqqəti qəbuledilməz vəziyyətə çəkmək məqsədi daşıdığını qeyd edib.
Belkastroda əsasən pensiyaçılar yaşayır. Şəhərdə bir tibbi məntəqə mövcuddur, amma tez-tez bağlı olur. Bundan əlavə, növbədə olan həkimlər həftə sonları və bayram günlərində işləmirlər, həmçinin gecə saatlarında da xidmət göstərmirlər. Ən yaxın təcili yardım məntəqəsi 45 kilometr məsafədədir.
Qeyd Edək ki, Belkastro, Kalabriya bölgəsində yerləşir və administrativ mərkəz olan Katandzaro şəhərinə tabedir.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Bu gün, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Dünya
Bu gün, 12:00
Trampın görüşü Fransada “alçaldıcı” adlandırıldı
Cəmiyyət
Bu gün, 11:19
Azərbaycanda hava kəskin dəyişir
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib