Kərkük qətliamı 65 Yaşında
(14-17 iyul 1959) Kərkük qətliamı 65 Yaşında Dr. Şəmsəddin KUZƏÇİ
Türkmanların varlıq mübarizəsində geniş yer alan, 14 iyul 1959-cu il qətliamı qədim nəsillərdə olduğu kimi, yeni nəsillərə də tükürpədən təsirini göstərməkdədir. 1918-ci ildən bəri sistemi dəyişsələr də, dəyişməyən bircə o günlərin yaddaşlardan silinməyən xatirələri, türkman xalqına qarşı bəslənən düşmənçilik olmuşdur.
Türkmanları yox etmə məqsədli hücumları 14 İyul 1959-cu ildə krallığın devrilməsi ilə daha da dərinləşdi. Bir çox hadisə və xoşa gəlməyən savaşlar nəticəsində 14 iyul qətliamı yaşandı. Tərs gedən atlara bağlanan insanların, vəhşi Roma ənənələrində ” insan parçaladılaraq əylənmə” adətləri bizə uyğun görüldü. Türkiyənin doğru dürüst xəbər almadığı hadisələri haqqında radiolarda, “...baş verən hadisələrdə ingilis əsgərlərinə heç bir şey olmamışdır” deyə xəbər verilirdisə də, buna qoyulacaq hər hansı bir ad tapmaq həqiqətən çox çətindir.
14 iyul 1959-cu ildə başlayan və üç gün davam edən bu qətliamı anladan 18 iyul 1959-cu il tarixli dönəmin baş naziri Əbdül Kərim Qasıma verilən xəbəri xalqımıza və dünyaya təqdim etməkdə bir faydası olduğunu düşünürük.
O günlərin acı dolu hadisələrini təffərrüatları ilə yaşayan dəyərli iki müəllimimiz, 19 iyul 1959-cu ildə dönəmin baş naziri Abdülkərim Qasıma hadisənin gerçəklərini bütün çılpaqlığı ilə göstərən bir ultimatum vermişdilər.
Tarixi önəmindən dolayı, bu sənədi yer üzündəki bütün türklərə, dövlət adamları və gənclərə bir ibrət vəsiqəsi olaraq təqdim etmək istəyirik.
İraq hökumətinə verilən nota
Şanlı 14 iyul çevrilişi ilə başlayan Ulu İraq xalqının se¬vinci get gedə artmaqda idi. Türkmanların azadlıq duyğuları artdıqca, qəsb edilən təbii haqqlarına qovuşmağa baş¬ladılar. Keçmişin qara günlərinə dönüş olmadığına inancları artmaqdadır. İraqın üçüncü ünsürü Türkmanların səsi eşidildi və türkmanlar çevriliş qazanclarımı qorumaqda idi.
Cümhuriyyət bayramında məruz qaldığımız və məsum insanlara zərər verən qətliamın başlıca səbəbi, bəzi qruplara qatılmamağımız, onların görüşlərini paylaşa bilməməyimizdir. Bu qrupların, onların bölücü əməllərinə əngəl olduğu üçün, türkman ünsürünü yox etmə məqsədli hərəkətlər etmə xəstəliyi içində olduqlarına dair qəti bilgiyə sahibik. Vətən xaini XX Korpus Generalı Davut El- Sayıni dönəmində, Kərkükdə cərəyan edən hadisələr təhrik edən¬lər və bölücülərin əməllərini göstərən açıq sübutdur. Kər¬kükün hüznlü səmasında görünən təzyiq və dəhşətli hə¬rəkətlərin bənzəri, keçmişin ən qaranlıq günlərində belə görülməmişdir.
Bu hərəkətlər sadəcə türkmanlara qarşı idi. Adı çəkilən general, minə yaxın türkmanı həbs edərək, II Korpusun əsgərlərinin işgəncə və təzyiqinə həvalə etdi.
Bu işgəncələr II Korpus Generalının bilgisi daxilində, pro¬kuror, hakim, asayiş rəhbərinin köməkçisinin göstərişi ilə edildi.
Məsələ bununla kifayətlənməmiş, silah və mərmiləri zəbt etmək məqsədi ilə türkmanların evlərini axtarmış, onları xəyanətdə günahlandırmağa çalışmışdılar. Ancaq böyük Allahın ədaləti hər şeydən üstündür və yaxşı niyyətlər xalqın qarşısında davamlı olaraq görülür.
Bir neçə icazəli tapança və ov tüfəngindən başqa silah tapmayan məsul şəxslər dəli olaraq, gerçəkləri gizlətməyə çalışdılar. Bağdadda hakimiyyətdə olanlar bu adamların tutulmağını və Kərkükdən uzaqlaşdırılmağını istədilər. Bundan başqa, onlarla azad vətəndaş, əsgər, fəhlə və məmur - ən çox da müəllimlər, təhrikçilərin nəzarət altında olan xalq təşkilatları, dərnəklər və birliklərin istəyinə görə Kərkükdən uzaqlaşdırıldılar. Bu təzyiq və dəhşət dolu hərəkətlər baş verərəkən məsum xalqdan alınan şəxsi silahlar qarşı tərəfə verildi. Türkman zənginlərindən təhdid və təzyiq ilə xərac alınmağa davam edildi. Bütün bu hadisələr, İraqda türkman ünsürünü yox etməyə yönəlmiş soyqırımın başlancığıdır. İstəyimiz bu yazıda olan xəbərlərə diqqət və önəm verilməsidir.
Şakir Sabir Zabit
Təhsin Rafət
Kərkük qətliamının təfərrüatları
İraqdakı krallıq sisteminə son verib Cumhurriyyəti elan edən 14 iyul 1958-ci il çevrilişinin ildönümü münasibətilə Kərküklü türkmanlar şəhərin hər yerində tədbir hazır¬ladılar. Kərkükün hər küçəsinə, hər küncünə İraq bayrağı ilə bəzədilmiş dirəklər qoyulmuşdu. 14 iyul 1959-cu ilin səhərindən başlayan tədbir və konsertlər, axşam saat 7-yə qalmış “14 iyul” əyləncə mərkəzinin önündən keçərkən ilk atəş səsləri eşidildi. Əyləncə mərkəzini cümhuriyyət bayramına qatılmaq məqsədilə bəzəyən Osman ilk qurban olmuşdu. Tək günahı isə vətənini sevməyi və türkman olmağı idi. 14 iyul axşam saat 19:30-da türkmanların hazırladığı təntənəli yürüş ərəfəsində araya qarışan milli cəbhəçilər əvvəldən hazırladıqları daş və dəyənəklərlə xalqa hücum etdilər. Təşvişə düşən xalq evlərə sığındı. Türkmanların sevincini həzm edə bilməyən hücumçular, xalq birliyinin düzəltdiyi şüar xaric, İraq bayrağı ilə bəzədilmiş nə qədər dirək və ya buna bənzər bəzək vardısa hamısını yandırıb yox etdilər. Türkmanlara aid “14 iyul” və “Bayat çayxanaları” ilə “Aləmin kinoteatrı” obyektlərinə hücum edərək, sahiblərini öldürdüb cəsədlərini şəhərin küçələrində sürüdükdə sonra ağacdan asdılar.
Axşam saat 21:00 da II Korpus Nazirliyi insanların kü¬çəyə çıxmasını qadağan etdi və nəticədə küçələr tam bo¬şaldı. Ancaq milli cəbhə və xalq müqavimətinin silahlı mənsubları küçələrdə toplandılar. Xalq müqaviməti mən¬subları və bəzi türkmanlar İmam Qasım Polis bölməsinə hücum edərək, bölmədəki silahları ələ keçirdilər.
Bir sıra ehtiyatda olan əsgər zabitlərinin əmri ilə silahsız xalq müqavimətçilərini silahla təmin etdilər. Bir tərəfdən də, gecə vaxtı yüksək sürətlə gələn bir maşın şəhid Ata Xeyrullahın evi önündə durdu. Maşından enən cina¬yət¬kar¬lar şəhidimizin qapısını döydülər. Qapı açılar-açılmaz şəhidimizi kömandirlərinə götürəcəklərini dedilər. Daha sonra qapıya çıxan şəhidimizin şübhələrini yox etmək üçün bir əsgər əvvəllər onunla işlədiyini, ona etdiyi yaxşılıqları əsla unutmadığını söyləyir. Şəhidimizin Ata Xey¬rullah ma¬şına minən kimi canilər onu döyməyə başlayırlar. Başçılarına çatdığında aldığı zərbələrin nəti¬cəsində, qanı şırıl-şırıl axırdı. Maşından endirilən şəhidimizi görən bəzi tanışlar həmin an təcili yardıma mindirilməsini istəyirlər. Fəqət canilər onu maşından çəkərək arxadan bıçaq¬lamışdılar. Ən sonda güllələndikdən sonra başını maşının qapısı arasında tutaraq, cəsədini hərəkət edən maşına bağlayıb sürümüşdülər.
Bununla da kifayətlənməyərək qanlara qərq olan meyidi küçədə sürüdükdən sonra, onu küçədə bir ağaca bağlayıb ətrafında fırlanaraq bağırırdılar: “Alın türkman ətindən, kilosu...” Bu adamlar şəhərin güvənliyini pozaraq türk¬manlara aid mağaza və dükanlara hücum edib, bütün mal¬ları ələ keçidilər. Daşınmaz əmlak və malları isə yandırdılar. Talama və yandırma əməliyyatı səhər 3-ə qədər davam etdi. Ertəsi günün sabahı, quldurlar öncədən bəlli olan evlərə hücum edib, ev sakinlərini çolə çıxararaq öldürüb, küçələrdə sürüdükdən sonra edam etdilər. Vəhşicəsinə işlənən bu cinayətlər üç gün boyunca, Bağdaddan gön¬dərilən əsgər qüvvələrinin şəhəri tutmağına qədər davam etdi.
Qətliamın birinci günü
Bayram yürüşü 14 iyul 1954-cü il günü axşam saat 6-da, neft şirkətinə gedən yolda başlamışdı. Əlsəriyyəti türkmmanlardan ibarət olan 200 mindən çox insan küçələrə çıxmışdı. Ortalığı qana bulayacaqlar deyə bayram tədbirlərinə etiraz etmək üçün şənliklərə qatılmayanlar da vardı. Çünki onlar bir başqa hazırlıq içındə idilər! Qanlı bir hazırlıq. Bir sözlə həmin günün axşamı 19:30 radələrində ilk silah səsləri eşidildi. İlk olaraq Atlas prospektində kafe sahibi olan Osman Xıdır çox faciəvi bir şəkildə şəhid edildikdən sonra, bu azmış kimi ayaqlarından iplə bağlayaraq küçələrdə sürüməyə başladılar. Eyni saatlarda türkmanların olduğu “14 iyul” və “Bayat” qəhvəxanalarına da hücum hazırlanmış, bir yandan da tədbir şüarlarını susdurmuşdular.
Küçəyə çıxmaq qadağası
II Korpus Komandirliyi üzvlərinin də iştirak etdiyi türklərə qarşı hücumların ardından, Kərkükdə küçəyə çıxmaq qadağası elan edildi. Xalq küçədə qalan ölüsünə, yaralısına sahib çıxa bilmədən evlərinə girməyə məcbur oldu. Bu qadağanın yalnız türklər üçün qoyulduğu daha sonra an¬la-şılacaqdı. Bu minvalla istədikləri türkü evindən alıb, qun¬daqları ilə vuraraq II Korpus Qərargahına aparan rəsmi şəxslər və dəstələri qorxunc işgəncələrə əl atır, türkləri diri-diri elektrik dirəklərindən asırdılar.
Qətliamın ikinci və üçüncü günü
Qətliamın ertəsi günü davam olaraq IV hərbi alaya bağlı olan qatillər bütün tərbiyəsizliklərini, zalımlıqlarını göstərərək vəhşiliyin növlərini böyüdür, daha da sistemli bir şəkildə, sürülərə atılan çaqqallar kimi türkmanlara aid “Atlas” və “Aləmin” kinoteatrları ilə Qala içindəki bəzi türkman evlərini top atəşinə tuturdular. “Aləmin” kino¬teatrının sahibləri Muhamməd Ovçu və Səlahaddin Ovçu qardaşları evlərindən alınaraq vəhşicəsinə qətlə yetirildilər. Kimləri yox edəcəklərini əvvəlcədən xəbər etmədikləri üçün, xüsusilə aydınlar bir-bir evlərdən alınır, küçə-küçə süründürüldükdən sonra avtomatla döyülərək öldürü¬lür¬dülər. Vəhşiliyin bu qədərini dünya hələ görməmişdi. Türkləri diri diri torpağa basdırırdılar.
II və III günlər türkman itkilərinin sayı daha da artmış, Qasım Neftçi, Cihad Fəxrəddin ilə Eməl və Nihad qardaşları aralarında olmaqla məsum 32 soydaşımız qətliam qur¬banları arasında yer alaraq şəhadət şərbətini içmişdilər. Kərkük şəhər mərkəzindəki qətliamı öyrənən, yaxın kənd və qəsəbələrdə yaşayan soydaşlarımız silahların sarılaraq, qardaşlarının köməyinə gəlməyə başlamışdılarsa da Kər¬kükə köməyə gələn bu insanları əsgərlər hər cür silah və “insan cəlladlarını” əllərində tutan qüvvələr tərəfindən təsirsiz hala gətirmişdilər. Tuzhumatu mühasirəyə alınmış, bütün ətraf yollar tutulmuşdu.
Hadisələri nəzarətdə saxlamaq tədbirləri
Hadisələr davam edərkən İraq ordusunda yüksək vəzifələrdə yer tutan və eyni zamanda ərəb əlifbası ilə İraq türkmanlarının tarix, incəsənət və folkloruna aid araşdırmaları ilə tanınan Şakir Zabit və dostu Təhsin Rafətın imzasını daşıyan “asayişin düzəldilməsinə dair məktub” verilmiş, həmin məktubda dilə gətirilən mövzu və çarələr bu şəkildə açıqlanmışdır:
“Bu üzücü hadisə xalqda böyük bir narahatçılıq yaratmış, türkman vətəndaşı mühacir olmağa məcbur olmuşdur. Aşağıda göstərilən tədbirlər alınmadığı halda, konüllərdə güvən və inam qurmaq çətin olar. Haqsızlığa düçar olmuş türkmanların haqlarını bərpa etmək üçün təcili olaraq bu tədbirlərin görülməyi zəruri idi: Sadiq bir ordu əsgərinin II Korpus Generallığına, qərarlı bir idarəçinin də valiliyə keçirilməsi sadiq və tərəfsiz üzvlərdən ibarət bir yoxlama komissiyasının qurulması, bu komissiyaya türkmanların namizəd verdiyi birilərinin alınmağı. Bu qətliama səbəb olanların ən ağır cəzaları alması, digər cinayərkarala da ibrət olsun deyə, Kərkükdə mülki idarə, ordu və polisin hökumət siyasətinə qarşı olanların təmizlənməsi.
Davud Əl-Sayıninin uzaqlaşdırdığı bütün vətəndaşlar, məmur və təhsil işçilərinin işlərinə geri qaytarılması. Kərkükdə xalq müqavimətinin gücü və digər təşkilatların bağlanması. Dəyən zərərlərin təzminatı və Davud Əl- Sayıni zamanında II Korpus Generallığının kəsdiyi telefon xəttlərinin açılması və sahiblərinə geri verilməsi.
Kərkük vilayətinin Kürdüstan Maarif idarəsinə tabe olmamağı. Bölücülərin iddia etdiyi kimi bu vilayət heç vaxt şimalın bir parçası olmamışdır. Kürdlərdən ibarət bəzi ayrı qruplar müvvəqqəti konstitusiyada ərəb və kürdlərin bu vətəndə ortaq olduğunu göstərən mətn, türkmanların bu haqqdan məhrum edildiyinə dair açıqlama vermişdilər. Ancaq bu konstitusiyanın tədbiqi, türkman vətəndaşlarının əməllərinə uyğun görülməmişdir. Bu mətnin şəxsi mahiyyətə deyil, bütövlükdə bütün İraqlılara şamil edəcək şəkildə dəyişdirilməsi uyğun olacaqdır.”
Kərkük qətliamı şəhidləri
4-7-Kərkük qətliamı şəhidləri
Ata Xeyrullah - Albay
İhsan Xeyrullah - Yarbay, Təbib
Səlahəddin Ovçu-İş Adamı
Mehmet Ovçu – Məmur
Nihad Muxtar - Müəllim
Cihad Muxt r- Müəllim
Eməl Muxtar- Tələbə
Kasım Nefetçi - Ferma Sahibi
Əli Neftçi - Sərbəst
Osman Xıdır- Kafe Sahibi
Cihad Fəxrəddin - Tələbə
Zübeyir İzzet - Kafe Sahibi
Şakir Zeynal - Kafe Sahibi
Gəni Nakib - Məmur
Kamal Abdussamad - Mühəndis
Fateh Yunus - Texnik
Ənver Abbas - Tələbə
Kazım Bektaş - Tələbə
Hacı Nəcim - Sərbəst
Hasib Əli – Fəhlə
Nurəddin Əziz – Fəhlə
İbrahim Ramazan - Usta
Adil Əbdülxaliq İsmayıl – Tələbə
Abdullah Beyatl - Texnik
Səlahəddin Kayaçı - Fəhlə
Abbas Qədir - Öğrenci
İbrahim Həmzə - Qəssab
Xəlil Türkman - Sərbəst
Salah Köpürlü - Polis
Kamalın anası - Ev Xanımı
Qətliamın Türkiyədə əks-sədası
Kərkük vəqfinin qurucusu İzzəddin Kərkük, Kərkük Qət¬liamı ilə əlaqədar Türkiyədə baş verənləri və Türk xalqının reaksiyasını qələmə alıb, belə anlatmışdır: “İraq türklərinin mərkəzi sayılan Kərkükdə soydaşlarımızın krallıq rejiminə son verən 14 iyul 1958-ci il İraq Qiyamının birinci ildönümünü qeyd etmək üçün şəhərin əsas prospektində yürüşə hazırlanarkən, qəfil ələ keçirilərək fanatik kürdlərin və komunistlərin silahlı hücumuna məruz qalmış, ardından hərbi vasitələr ilə küçəyə çıxma qadağası elan edilərək xalqa eşitdirilmişdir. Qanunlara itaət edən türklər, onlar üçün hazırlanan qanlı planların fərqinə varmadan küçəyə çıxma qadağasına əməl edərək evlərinə gedirdilər. Daha sonra komunistlərlə fanatik kürdlər ordu birliklərindən də dəstək görərək türklərin öndərlərini əvvəlcədən təyin edib evlərinə gedir, ordu komandirinin onu görmək istədiyini söyləyib evdən çıxmalarına nail olurdular. Evlərindən çıxan türklər həmin anda ailələrinin və uşaqlarının gözü qarşısında güllələnərək şəhid edildilər. Bununla kifayətlənməyən gözləri dönmüş qatillər öldürdükləri türklərin meyidlərini ayrı ayrı istiqamətdə gedən iki cipə bağlayaraq parçalayıb küçələrdə dolaşdırdıqdan sonra elektrik dirəklərinə asaraq vəhşi niyyətlərini həyata keçirirdilər.
Bu şəkildə öldürülən türklər arasında lider olan təqaüdçü minbaşı Ata Xeyrullah, Salah və Mehmet Ovçu qardaşları, Qasım, Neftçi, Cihad, Nihad, Muxtar Fuadın uşaqları və Eməl (Emel 14 yaşında idi) də var idi. “Aslan yuvasi” kazinosunun sahibi idi Osman Xıdır isə ilk şəhidimiz olub.
Gənclərdən, Cahit Fəxrəddindən başqa xəstə və yaşlı insanların da olduğu da deyilirdi. Qətliam düz üç gün üç gecə davam etmişdi.
Türkiyədə xəbər qadağası
Ağıla sığmayan bu vəhşiliklərlə bağlı xəbərlər çox keçmədən dünyanın hər tərəfində eşidilməyə başlamış, Avropada bir çox televiziya kanalları qətliamda öldürülən türklərin küçələrdəki meyidlərini xəbər anonslarında göstərmiş və bütün dünya şok olmuşdur.
Türkiyəyə gəlincə, təəssüflər olsun ki, Türk radioları bu mövzuda bir müddət susumuşdur. Ardından bir də nə xəbər yayılsa yaxşıdı? Reuter Ajansının Ankara radiosunda oxunan bir xəbərdə Kərkükdə qanlı çatışmalar olduğunu, ancaq neft şirkətində işləyən ingilislərin güvəndə olduqları bildirilirdi. Türkləri üzən məhz bu xəbər oldu. Mətbuatda qətliamla bağlı Tel-Əviv, Şam və Qahirə çıxışlarından xəbərlər yayılmağa başlayanda türk milləti böyük təəccüb içində, soydaşlarının vəhşicəsinə qətl edilməsindən dolayı dərin üzüntü və kədərə qərq oldu. Bu arada, Moskva radiosu “Yavuz oğru” məsəli. Kərkük hadisəsinin Mosul neft bölgəsini ələ keçirmək istəyən Türkiyənin əsəri olduğunu iddia etməzmi? Bu da azmış kimi, türk hökuməti 28 iyul 1959-cu il tarixində yayınladığı rəsmi bir açıqlama ilə Kərkükdəki qanlı hadisələrin yeganə məsul şəxsinin beynəlmiləl komunizm olduğunu, Moskva radiosunun bu mövzudakı iddialarının sayıqlamaqdan başqa bir şey olma¬dığını sərt bir şəkildə ifadə etdi.
Türk milləti böyük narahatlıq və həyəcan içində gözləyərkən bir hadisə daha baş verdi: Tam anlamı ilə qapalı qutu olan bir soydaşımız İraqdan qaçaraq İstanbula gəlməyi bacarır. Universitet təhsilini Türkiyədə alan Əbdülxaliq Bayatlı adlı bu gənc, 24 iyul 1959-cu il tarixində Cağaloğlundakı köhnə Xalqevi binasında bir mətbuat icla¬sını qadağan edərək, həvəslə gələn jurnalistləri və Kərküklü gəncləri uzaqlaşdırmışdılar.
Həmin vaxt işlədiyi türk xəbər agentliyi vasitəsi ilə eyni günün axşamı qətliamla bağlı şəxsi bir bəyanat almağı bacarmış və qanlı hadisənin səhərisi qəzetlərdə bütün təffərrüatları ilə türk İctimaiyyətinə çatdırmışdır.
Başda Milli Türk Tələbə Birliyi olmaqla yanaşı, bir çox təşkilat, soydaşlarımızın məruz qaldıqları bu mənfur hadisəni qınamış və faciə Niğde millət vəkili Asım Ərən tərəfindən TBMM-nin gündəminə gətirilərək Xarici İşlər Nazirliyindən bu mövzuda açıqlama verməyi istənmişdir.
Mətbuatda da türk qanının axıdılması hadisəsi qar¬şı¬sında fırtınalar qoparılmış və başda Milliyyət qəzeti olmaqla, hadisənin işıqlandırılması üçün Bağdada şəxsi müxbirlər yollanmışdılar. 25 iyul günü də Milliyyət qə¬ze¬tinin müxbiri Turam Aysulun Bağdaddan göndərdiyi “Kərkükdə Türklər vəhşicəsinə öldürüldü” başlıqlı xəbəri ilə hadisə qətiləşəndə Türk hökuməti 26 iyulda qəzetlərdə nəşr olunan rəsmi bir açıqlama vermişdir. Açıqlamada bildirilir ki, “Kərkükdə bəzi xoşagəlməyən üzücü hadisələr baş verdi.”
Bu arada, 30-a yaxın İraq vətəndaşı soydaşımızın öldüyü məlumdur” deyildikdən sonra Türk hökumətinin mövzu ilə əlaqədar olaraq Bağdat nəzdində təşəbbüsdə olduğu və İraq Hökumətindən təminat aldığı açıqlanmışdır.
Doğrudan da, bir-iki gün sonra (29 iyul), İraqın baş naziri General Qasım mətbuat iclası təşkil edərək Kərkükdə komunistlərin türklərə qarşı etdikləri zülmü dünyanın ən alçaq cinayət olaraq təsvir etmişdir və faşistlərin belə bu qədər vəhşilik etmədiyini söyləmiş, Kərkük hadisələri əsnasında çəkilən bəzi foto şəkilləri cibindən çıxararaq jurnalistlərə göstərmişdir.
Türk hökumətində Səhiyyə Naziri olan kərküklü mərhum Dr. Lütfi Kırdardan şəxsən eşitdiyimə görə, Türk hökuməti General Qasımın belə bir açıqlama verdiyi üçün İraqa diplomatik kanaldan təzyiq göstərilmiş, ancaq Ankaranın bu açıqlama ilə təmin edilməməsi ilə əlaqədar İraq Baş Naziri 3 avqust 1959-cu ildə yenidən açıqlama verərək Kərkük hadisələri vaxtı çəkilən 750 fotonun əlində olduğunu, bu hadisələrdə bir çox türkün diri-diri torpağa basdırıldığını və bu cinayətdə əli olanların ağır şəkildə cəzalandırılacağını söyləmişdir.
Zamanla Kərkük qətliamında şəhid edilən türklərin foto şəkilləri Türkiyəyə çatdı və bu fotolar mətbuata yayıldı. Bu mövzuda bir çox xəbər, yazı və reportaj yayımlandı. Ancaq 22 oktyabr 1959-cu ildə Cumhuriyyət qəzetində dərc olunan bir xəbər hadisələri izləyənlərin heyrətinə səbəb olmuşdur. Xəbərdə eynən belə deyilirdi:
Ankara, 21 (Cumhuriyyət-teleks); “14-16 iyul 1959-cu il tarixləri arasında İraqda türklərin qətliamı ilə sona çatan hadisələrlə bağlı şəkil, film və s. sənədlərin ölkəyə gətirilməsi və yayılması nazirlərin təşkil etdiyi qərar ilə qadağan edilmişdir. 27 may 1960-cı il çevrilişi ilə mətbuatda qoyulan bütün qadağalar götürüldü.
Bu tarixdən sonra Türk mətbuatında qətliam zamanı çəkilmiş fotolar sərbəst şəkildə dərc olunmuşdur. Kərkük qətliamının hələ də işıqlandırılmayan bir çox tərəfinin olduğu qənaətindəyik.
Kerkük qətliamı şəhidlərinin qətl mərasimi, Kərkük 1959
Türkiyənin qadağan qərarnəməsi
Təlabinin qətliamdakı rolu
Mərkəzi İstanbulda olan İzzəddin Kərkük Vəqfi müdiri İzzəddin Kərkük, Təlabinin Kərkük qətliamındakı rolunu bu sözlərlə açıqlayır: “Kürd liderlərindən Cəlal Talabinin də qətliam sırasında əlinə silah alıb Kərkük küçələrində do¬laşdığını sözünə güvəndiyim adamlardan şəxsən eşit¬mi¬şəm. Cəlal Təlabani bu məsələylə bağlı, görəsən, nə deyəcək? Nə işi vardı orada? Doğrudur, özü, “ Bu hadisələr oldu artıq, unutmaq lazımdır” deyirsə də Kərküklü türk¬lərin, bir çox məsum türkün haqqsız yerə qanının tökülməsi və yüzlərlə ailənin işığının sönməsinə səbəb olan bu faciəni unutmaq o qədər də asan deyil.
Bu qətliamı türklər etsəydilər, görəsən, onlar bunu unu¬dacaqdılarmı? Özləri Hələbcə qətliamını unuda bil¬dilərmi? Təlabani istərsə, bu şəxsin adını da açıqlaya bilərəm. Hələ də İstanbulda Pendikdə yaşayır. Bundan başqa Bağdat hüquq fakültəsində tələbə olarkən türkmanlar əleyhindəki fəaliyyətindən dolayı, bir türkman gəncindən aldığı şilləni xatırlayırmı? Şəhidlərimizin əziz ruhları önündə əvvəla birinci ildönümündə hörmətlə baş əyib, Allahdan rəhmət diləyirik.” (İzzəddin Kərkük. Kərkük dərgisi. 1 iyul 1998. s 9-10)
Türkmaneli İnsan Hüquqları Dərnəyi rəhbəri Dr. Nəfi Dəmirçi Kərkük qətliamından sonra şübhəli şəxsləri edam etmədən öncə adlı-sanlı bir həkim olmuşdur.
1963-cü ildə Kərkük qətliamını həyata keçirən qatillərin edam gecəsini, o anları və qətliamı belə anladır: “O günləri təkrar yaşadım. İnsanlığın üzqarası olan bu şəxslər gecə edam edildilər. Edam heyətində həkim olaraq vəzifə¬lən¬di¬rilmişdim.
Qatillərin edamına hər kərküklü türk kimi mən də sevinmişdim, həyəcanlanmamaq mümkün deyildi. Orada olanlar da mənim kimi çox həyəcanlı idilər. Digər tərəfdən də cinayətkarlardan bir neçəsinin sinəsində qırmızı boya ilə yazılan “ Yaşasın Kürdüstan” yazısı çox düşündürmüşdü məni. Böyüklərə anlatdığım zaman onlar da təəc¬cüb¬ləndilər. Demək ki, bu soyqırımı həyata keçirənlər və ha¬zırlayanlar komunistlərdən daha çox, Kərkükdə gözü olan¬ların işi idi. Xəyali əməllərini gerçəkləşdirmək üçün qanlı hadisələri düzüb-qoşmuş və tətbiq etmişdir.
Qətliamdan daha çox soyqırımı xatırladan bu hadisə və daha sonrakılar kürdlərin xəyal etdikləri əməllərinin gerçək olması üçün hazırladıqları ilk addımları idi. Təəssüf ki, atılan bu addımların mahiyyətini türkmanlar öncədən düzgün anlaya bilməmişdi. İllər isə illəri təqib edirdi.
Uğursuz 14 iyul günü yurdumun torpağını qanları ilə sulayan, özlərindən sonra gələcək nəsillərə: “ Ayaqladığın torpağı tanı, altında yatan şəhidlərini unutma!”-deyən Atalar, İhsanlar, Cihadlar, Əzizlər, Eməllər, Mehmetlər, Səlahəddinlər, Osmanlar şəhid edildi.
Türk düşmənçiliyindən başqa heç bir savadı olmayan BAAS Partiyası 1963-cü ildə qan bahasına iqtidar oldu. Bir sıra gözləri dönmüş insan cəlladları 30 il içərisində Kərkük Türklərinin imanı, inancı və sarsılmaz türklük şüuruna baxmayaraq hazırladıqları sürgünlər, zindan həyatları, ağla sığmayan cinayətlər, təzyiqlər nəticədə böyük yaraların alındığı bir gerçəkdir. Bu gerçəklər hər gün gördüyümüz köçlərlə özünü daha da sübut edir. Köç bir xalqı yox edər. Köç Kərküklülərin qurtuluş yolu olmamalı idi. Bütün quruluşlarımız mövzuya çox diqqət etməlidirlər.
Ana vətənimizin yüksək mənfəətləri ilk planda tutularaq birlik içində olmalıdırlar, bu şərtdir. Unudulmasın ki, bir çoxumuzun adı-sanı o müqəddəs 3 milyon türkün simvolu olan Kərkükü istifadə etməkdən irəli gəlmişdir. Kərkük deyilincə bütün İraq türklərinin adət ənənəsi, ədəbiyyatı, hoyratı, kəndi, qəsəbəsi, məhəllələri və türklükləri ağla gəlir. Hər türkman buna layiq olmaq məcburiyyətindədir və buna çalışmalıdır. Ondan və onun adından istifadə etməkdən imtina edək. Unutmayaq ki, o bizdən adını deyil, hərəkət və çarə gözləməkdədir”.
14-17 iyul 1959 Kərkük qətliamı şəhidəri

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
30-05-2024, 14:12
İraqdakı diktator rejimi dövründə İraq Türkmanlarıyla bağlı, xüsusilə Türkman ədəbiyyatıyla bağlı nə İraqda, nə
30-06-2024, 14:53
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
17-06-2024, 22:00
Monqolların Şərqdə yüksəldiyi dönəmdə Bayat əşirətinin İraqa girdiyi irəli sürülməkdədir. Türk tarixində Füzuli kimi
1-07-2024, 08:30
Şəmsəddin Kuzəci, İraq türkmənlərinin mədəniyyətini, tarixini və ədəbiyyatını dünya miqyasında tanıtmaq üçün həyatını
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Dünən, 17:43
CNN: “Trampın qələbəsi İslam Respublikasının yaranmasından bəri İran üçün əsas problem olacaq”
Kriminal
Dünən, 12:48
Kamçatkada naməlum şəxslər anbara girərək fabrikdən 1,5 ton qırmızı kürü oğurlayıblar
Hadisə
Dünən, 12:41
600-dən çox rusiyalı turist Yaponiyanın Yokohama limanında kruiz gəmisində ilişib qalıb
Siyasət
Dünən, 12:24
Trampın qələbəsi Avropanı təəccübləndirib
Siyasət
Dünən, 11:58
Trampın komandası Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni planı müzakirə edir
İqtisadiyyat
Dünən, 11:57
Wildberries Rusiyada yeni biznes açacaq
Maraqlı
Dünən, 11:43
Səhər idmanının orqanizmə təsiri