Avropa çempionatının finalında bu gün İspaniya və İngiltərə milliləri üz-üzə gələcək

Almaniyada təşkil olunan Avropa çempionatının finalında bu gün İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.
Bu, komandaların Avropa və dünya çempionatlarının final mərhələlərində üçüncü dueli olacaq.
İlk dəfə 1980-ci ildə Avropa çempionatının final mərhələsində eyni qrupa düşən komandaların görüşündə İngiltərə millisi 2:1 hesablı qələbə qazanıb. Rəqiblərin növbəti qarşılaşması 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının 1/4 finalına təsadüf edib. Görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitdiyindən qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb. Burada isə İngiltərə millisi zərbələri daha dəqiq yerinə yetirib - 4:2.
AVRO-2024-ün finaldakı iştirakçıları indiyə qədər ümumilikdə 27 dəfə üz-üzə gəlib. Əksəriyyəti yoldaşlıq xarakteri daşıyan bu görüşlərin 10-u İspaniya, 13-ü isə İngiltərə millisinin qələbəsi ilə yekunlaşıb. Qalan 4 oyun heç-heçə nəticələnib. Komandalar sonuncu dəfə 2018-ci ildə UEFA Millətlər Liqasında görüşüb. Bu matçda İngiltərə 3:2 hesablı qələbə qazanıb. Vurulan qolların sayına gəlincə, İngiltərənin üstünlüyü nəzərə çarpır. Belə ki, indiyədək keçirilən matçlarda İngiltərə 45, İspaniya isə 32 dəfə fərqlənməyi bacarıb.
İndiyədək 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunun sevincini yaşayan Luis de La Fuentenin baş məşqçisi olduğu İspaniya millisi 4-cü titulu əldə etmək niyyətindədir. Bu baş verərsə, ispanlar həm də ən çox Avropa çempionluğunu qazanan komanda rekordunu qıracaq. Hazırda isə həm İspaniya həm də Almaniya millilərinin hərəyə 3 belə uğuru var.
AVRO-2024-ün B qrupunda İtaliya, Xorvatiya və Albaniya ilə mübarizə aparan İspaniya yığması hər üç rəqiblə görüşdə qapısından qol buraxmadan qələbə qazanaraq 1/8 finala yüksəlib. Bu mərhələdə Gürcüstan millisini məğlub edən komanda 1/4 finalda Almaniyaya əlavə vaxtda vurduğu qol sayəsində adını yarımfinala yazdırıb. İspaniya yarımfinalda Fransa yığmasına 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Tarixində 5-ci dəfə Avropa çempionatının finalında çıxış edəcək “Öküzlər” son 5 turnirin 3-də həlledici qarşılaşmada oynamağı bacarıb.
Qaret Soutqeytin rəhbərlik etdiyi İngiltərə millisi isə ilk Avropa çempionluğunu əldə etməyə çalışacaq. AVRO-2024-də Danimarka, Sloveniya və Serbiya ilə birlikdə yer aldığı C qrupunu 5 xalla lider kimi başa vuran İngiltərə 1/8 finalda Slovakiyaya rəqib olub. 90+5-ci dəqiqədə Cud Bellinqemin baxımlı qolu, əlavə vaxtda isə Harri Keynin fərqlənməsi sayəsində 1/4 finala vəsiqə qazanan komanda bu mərhələdə İsveçrə ilə üz-üzə gəlib. Rəqibini penaltilər seriyasında məğlub edən Q.Soutqeytin baş məşqçisi olduğu kollektiv yarımfinalda Niderlandla qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq finalda İspaniyaya rəqib olub. Ardıcıl ikinci dəfə Avropa çempionatının həlledici matçında mübarizə aparacaq Q.Soutqeytin komandası sonuncu dəfə İngiltərədə keçirilən AVRO-2020-nin finalında çıxış edib və İtaliya millisinə penaltilər seriyasında məğlub olub.
AVRO-2024-ün startından bəri İspaniya millisindən Dani Olmo, İngiltərədən isə Harri Keyn hərəyə 3 qolla bombardirlər siyahısında yer alıb.
Qeyd edək ki, Berlindəki Olimpiya stadionunda keçiriləcək İspaniya - İngiltərə matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Fransua Leteksye (Fransa) olacaq.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Hindistanda 25 milyon insan uran təhlükəsi altında
Maraqlı
Dünən, 19:07
Fərqliliyi ilə dünyanı fəth edən qadın – Diandra Forrestin albinizm hekayəsi - FOTO
Maraqlı
Dünən, 19:00
72 yaşında da forma saxlayan Brigitte Macron
Dünya
Dünən, 17:00
Fransada “Telegram”da qanlı xidmət: “UberKills” sifarişli qətllərə vasitəçilik edir
Gündəm
Dünən, 15:00
Rusiyada azərbaycanlılara təzyiqlər artır: Arxasında hansı məqsədlər dayanır? - VİDEO
İdman
Dünən, 14:00
"Çelsi" Dünya Çempionatının 1/4 finalına yüksəldi
Populyar Xəbərlər
BDU-nun "Məzun Günü" — Elm, Qürur və Gələcəyə Doğru Addım
Tramp Xameneini ölümdən qurtardığını deyir
İranın cavabı sərt oldu: İsrailə 15 raket atıldı – Tel-Əviv və Aşkelon hədəfdə!
12 Günlük Müharibə Bitdi? Tramp İsrail və İranı Barışdırdı?
İsrail doğrudan qələbə çaldı, yoxsa Taktiki Gediş etdi?
Atəşkəs Pozuldu? – İsrail İranı Raket Zərbəsində Günahlandırdı