Uzaq yaşlara sağlam çatmaq istəyirsinizsə, hərəkətdə qalın!
Sağlam yaşlanma üçün fiziki aktivliyin dörd növünün birləşməsi vacibdir: aerob məşqlər, güc təlimləri, balans və dartınma (streçinq) üzrə çalışmalar. Bu barədə “Gazeta.Ru”ya geriatr, gerontoloq, tibb elmləri doktoru Kirill Proşçayev danışıb.
Mütəxəssisin sözlərinə görə, yalnız kompleks yanaşma yaşlılıqda sağlamlığın qorunmasını təmin edir. O, aerob məşqlərin (qaçış, üzgüçülük, velosiped sürmək və s.) ürək-damar sistemini məşq etdirdiyini və infarkt, insult riskini azaltdığını bildirib. Güc təlimləri isə yaşla əlaqəli əzələ kütləsinin və funksiyasının itirilməsi — sarkopeniyanın qarşısını almağa kömək edir.
Gerontoloq balans məşqlərini də vacib fəaliyyət növü kimi vurğulayıb.
“Yaş artdıqca müxtəlif səbəblərdən yıxılma riski artır və balans saxlamaq qabiliyyəti itə bilər,” — deyə o izah edib.
Yaşlı insanlar üçün pis hərəkət koordinasiyası və yıxılmalar, sümük sıxlığının azalması səbəbindən daha təhlükəli olur. Belə zədələrin sağalması isə gənclərə nisbətən daha çox vaxt aparır.
Alim əlavə edib ki, dartınma məşqləri bağların və vətərlərin güclənməsi üçün mühüm vasitədir. Bu birləşdirici toxumalar yaş artdıqca hərəkət azadlığını və elastikliyi qorumağa kömək edir.
Mütəxəssis vurğulayıb ki, yaşlılıqda sağlam qalmaq üçün hərəkətli həyat tərzi gündəlik vərdişə çevrilməlidir.
“Hər boş anda hərəkətdə olmaq vacibdir. Məsələn, beşinci mərtəbəyə liftlə yox, pilləkanla qalxmaq, bir trolleybus dayanacağı artıq yolu piyada getmək, ofisdə zibili daha uzaqda yerləşdirmək – bütün bunlar faydalıdır,” – deyə Proşçayev bildirib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:00
Fevral üçün hava proqnozu
Cəmiyyət
Dünən, 14:00
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Sağlamlıq
30-01-2026, 12:00
Bu şəxslər cuğundur yeməzdən əvvəl mütləq bilməlidir
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
2026-cı ildə Novruz çərşənbələrinin tarixləri açıqlandı