Bu gün, 09:30 0 Sağlamlıq

Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir

Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir

4 saatdan artıq oturmaq orqanizmdə ciddi fəsadlara yol açır – mütəxəssislər xəbərdarlıq edir


Mütəxəssislər bildirirlər ki, gündə 4 saatdan artıq oturmaq insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Uzun müddət hərəkətsiz qalmaq bel və boyun ağrılarından tutmuş daxili orqanların sıxılmasına, xroniki xəstəliklərin yaranmasına və hətta yüksək qan təzyiqinə səbəb ola bilər.

Araşdırmalar göstərir ki, oturaq həyat tərzi nəticəsində insan orqanizmi zamanla zəifləyir və bu problemlərin əlamətləri yalnız gecikmiş mərhələdə hiss olunur.

Ulusum.az xəbər verir ki, həkimlərin fikrincə - bu risklərin qarşısını almaq üçün gün ərzində cəmi 5–10 dəqiqəlik fiziki aktivlik kifayət edir.

Ev şəraitində rahatlıqla tətbiq oluna bilən idman hərəkətləri bel ağrılarının, baş ağrılarının, artıq çəkidən yaranan narahatlıqların və sellülitin qarşısını almaqda effektiv hesab olunur.

Mütəxəssislər hər kəsi passiv həyat tərzindən imtina etməyə və sağlamlıqlarına diqqət ayırmağa çağırır.

📩

Sağlam həyatla bağlı öz tövsiyələrinizi və təcrübələrinizi saytımızda paylaşmaq istəyirsinizsə, bizə yazın:
"[email protected]"



Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.