Şam yeməyi üçün sağlam və doyumlu resept
Şam yeməyi üçün sağlam və doyumlu resept - Multivarkada badımcanlı dana əti
Tərkibi:
- Dana əti (lopatka, sümüksüz) – 500 q
- Badımcan – 500 q
- Soğan – 200 q (2 ədəd)
- Yerkökü – 150 q (1 ədəd)
- Tomat pastası – 50 q
- Sarımsaq – 10 q (2 diş)
- Zeytun yağı – 10 q
- Su – 200 ml
- Duz, qara istiot, paprika – zövqə görə
- Yaşıl göyərti (cəfəri/dərəotu) – istəyə görə
Hazırlanması:
1. Dana ətini kub formasında doğrayın.
2. Badımcanı da doğrayın, üstünə duz səpib 20 dəqiqə gözlədin, sonra yuyub suyunu sıxın.
3. Soğanı yarımhalqa, yerkökünü isə rəndədən keçirin, sarımsağı xırda doğrayın.
4. Multivarkaya yağı tökün, soğan və yerkökünü 5-7 dəqiqə qovurun.
5. Əti əlavə edin, qızılı qabıq yaranana qədər bişirin.
6. Badımcan, tomat pastası, sarımsaq, ədviyyatlar və suyu əlavə edib qarışdırın.
7. Qapağını bağlayıb "Tuşeniye" rejimində 1,5–2 saat bişirin.
8. Süfrəyə verdikdə üzərinə göyərti səpin.
100 q üçün qida dəyərləri:
Kalori – 83
Zülal – 7.4 q
Yağ – 4.4 q
Karbohidrat – 4.7 q
Reseptlərinizi bizimlə paylaşmaq və saytda dərc etdirmək istəyirsinizsə, əlaqə saxlaya bilərsiniz: [email protected]
Ulusum.az
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
