Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 nömrəli tam orta məktəbində “Narkomaniya – ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak ediblər.

Görüşün əsas məqsədi gəncləri zərərli vərdişlərdən qorumaq, sağlam həyat tərzini təbliğ etmək və narkomaniyanın doğurduğu faciəli nəticələr barədə maarifləndirmək olub.
Qazax Rayon Polis Şöbəsinin rəhbərliyi bildirir ki, gənclərlə keçirilən maarifləndirici görüşlər mütəmadi olaraq davam etdiriləcək. Məqsəd, bölgə gənclərinin hüquq pozuntularından uzaq durması və sağlam gələcək qurmasına dəstək olmaqdır.

Qazax bölgə müxbiri Elnur Quliyev Ulusum.az-a xəbər verir ki, bu təşəbbüs gənclər arasında hüquqi savadlılığı artırmaqla yanaşı, onların cəmiyyətə faydalı və məsuliyyətli fərdlər kimi formalaşmasına şərait yaradır.
Rəhbərlik vurğulayır ki, bu cür görüşlər gələcəkdə məktəblər, kolleclər və digər təhsil müəssisələrində də davam etdiriləcək. Bu, eyni zamanda, polis-vətəndaş münasibətlərinin möhkəmlənməsi baxımından da mühüm addım hesab olunur.

Elnur Quliyev / Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 18:40
Özünüzün Ən Yaxşı Versiyası Olmağa Hazırsınız?
Sağlamlıq
Bu gün, 17:59
Ananasın mənşəyi və tərkibi
Sağlamlıq
Bu gün, 17:44
Kəskin çəki dayanması nə ilə bağlıdır?
Sağlamlıq
Bu gün, 17:25
Noxud — arıqlamaq üçün faydalı müttəfiqdir
---
Bu gün, 17:20
Gəncədə "Bazarstore"da kif basmış kolbasalar satılır – İDDİA
Mətbəx
Bu gün, 16:51
Qışın Şirin Möcüzəsi – Naringi - Mandarin
Mətbəx
Bu gün, 16:23
Toyuq tabaka resepti 🍗 (soğan suyu ilə)
Sağlamlıq
Bu gün, 12:52
Xurmanın Ziyanları və Düzgün İstifadəsi
Populyar Xəbərlər
“Üç Onillik Rənglər Səfəri” – Erkin Arolun sənət aynasından baxış
Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
Ağstafada musiqi müəllimi dərs zamanı vəfat edib VİDEO
Rənglərin Qardaşlığı Daşkənddə Birləşdi – Ulusum.az Sənətin Diplomatiyasını Yaradır
Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi
Göz rəngini dəyişmək gələcəkdə ciddi fəsadlara yol aça bilər VİDEO
