Bu gün, 15:00 0 Ulusum Tv

Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO

Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı  -VİDEO

Bir ailənin 50 illik ömür yolunda gizlənən həyat dərsləri, dəyərlər və yaddaşlara köçən xatirələr bu səfərdə canlandı


Qədim Şamaxıya etdiyimiz bu səfər bizi təkcə gözəl təbiətlə deyil, həm də həyatın dərin mənası ilə qarşı-qarşıya qoydu. “Bəyin oğurlanması” filminin çəkildiyi məkanda bir zamanlar kamera qarşısına təsadüfən düşən uşaqların hekayəsi bizi illər əvvələ apardı.

Gülbar əmi və Gülgəz nənənin 50 ildən artıq davam edən ailə ocağı sevgi, zəhmət və fədakarlıqla qurulmuşdu.

Gülgəz nənə keçmişlə bu günü müqayisə edərkən deyir: “azla xoşbəxt idi. İndi imkan çoxdur, amma dəyərlər azalır.”

Bu sözlər sanki bir nəsil üçün vəsiyyət idi.


Gülbar əminin Həcc ziyarəti haqda kövrələrək danışması, ömür-gün yoldaşı ilə birgə keçdiyi müqəddəs yol onun üçün həyatın zirvəsi idi.

İndi onların ailəsi genişlənib – 16 nəvə, bir nəticə.

O deyir: “Biz bu bağı əlimizlə saxlayırıq, istəyirik ki, kolluğa dönməsin.”

Səfərin ən duyğusal anı isə illər öncə filmdə görünən o uşaqlarla yenidən görüş oldu. Şəfiqə, Əntiqə və Rəşidə xanımların xatirələri bu səhnələri bir daha yaşatdı.

Şamaxı səfərimiz bizi həm tarixlə, həm də unudulmaz insan hekayələri ilə qarşılaşdırdı.

Gülbar əmi atasız böyüsə də, iradəsi və zəhməti ilə öz ailəsini möhkəm təməl üzərində qurdu.

Onun həyat yoldaşı Gülgəz nənə ilə birlikdə qurduğu ailə illərə meydan oxuyan bir sevgi və fədakarlıq nümunəsidir.

Bu ailə, çətinliklərə rəğmən təhsilə və ailə dəyərlərinə önəm verərək gənc nəsillərə örnək olub.

“Könül Dəftərim” bu səfərlə bir daha göstərdi ki, hər kəndin bir dastanı, hər ailənin bir romanı var - və bu romanlar yazıya yox, qəlblərə köçür.



Ulusm.az /K.Hətəmova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.