Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
XVI əsrdə inşa edilmiş bu möhtəşəm memarlıq nümunəsi öz dövründə dini təhsil mərkəzi kimi fəaliyyət göstərir
Mədrəsə gözəl naxışlı tağları, geniş həyəti və o dövrün özünəməxsus memarlıq üslubu ilə yerli və xarici turistlərin diqqətini cəlb edir.
Baraxon Mədrəsəsinin bir addımlığında yerləşən "Çorsu Bazarı" isə Taşkəndin ən qədim və canlı ticarət mərkəzidir.
Tarixi İpək Yolunun üzərində yerləşən bu bazar əsrlərdir ki, bölgənin iqtisadi və mədəni həyatında mühüm rol oynayır.
Günümüzdə də burada yerli insanlar gündəlik ehtiyaclarını qarşılayır, turistlər isə Özbəkistanın mədəniyyətini və rəngarəngliyini hiss edir.
Bazarda təkcə meyvə-tərəvəz, ədviyyatlar və əl işləri deyil, eyni zamanda Özbəkistanın zəngin milli mətbəxini təqdim edən yemək məkanları da mövcuddur.
Kababdan tutmuş, “hasib” adlı maraqlı bir yeməyə qədər hər şey tapmaq mümkündür. Bu yemək atın bağırsağına doldurulmuş düyü, soğan, ədviyyatlar və atın daxili orqan qarışığından hazırlanır.

Bağırsağın içi doldurulduqdan sonra duzlu suda qaynadılır. Sanki kimsə məni buna məcbur edirmiş kimi, mən də bu fərqli dadın necə olduğunu görmək istədim. Düzünü desəm, şirin və fərqli bir dadı var idi.
Amma mənə bu qədər kifayət etdi.
Bazarda diqqətimi çəkən maraqlı detallardan biri də mantı oldu. Satıcılar bu böyük, içi kartoflu, üstü bol pomidorlu və yağda bişmiş xəmir yeməyini alıcılara təqdim edərkən əllərinə nazik, birdəfəlik sellofan parça dolayıb servis edirdilər.

Əlcək olmasa da, bu üsul yerli camaat üçün kifayət qədər qəbul olunandır. Onların mantını böyük həvəslə alması göstərirdi ki, yeməyin dadı təqdimatından qat-qat üstün idi.
Görünür, mantı o qədər ləzzətlidir ki, necə təqdim edilməsi alıcılar üçün ikinci plandadır. Bizə də sadəcə “nuş olsun” demək qalır!
Buranın içərisində yerləşən kiçik, amma çox məşhur yeməkxanalarda dadına doyulmaz plov, mantı, şorba, kabab, dolma və çay təklif olunur.

Yerli ustaların əlindən çıxan bu ləzzətlər həm dadı, həm də təqdimatı ilə qonaqları valeh edir.
Bu tarixi məkan bir çox insan üçün sadəcə alış-veriş yeri deyil, burası mədəniyyətin, tarixın və ən əsası, ləzzətin qovuşduğu bir ünvandır.

Daşkəndə yolunuz düşsə, Baraxon Mədrəsəsini ziyarət edib, Çorsu Bazarında bir kasa isti şorba və təndir çörəyi ilə özbək qonaqpərvərliyini dadmağı mütləq tövsiyə edirik.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 16:30
Şam yeməyi üçün sağlam və doyumlu resept
Mətbəx
Bu gün, 15:00
Ev Şəraitində Yarpaq Dönər Resepti
Mətbəx
Bu gün, 13:00
Nahar - Toyuqlu mərci püresi şorbası
Mətbəx
Bu gün, 11:00
Şokoladlı-kəsmikli zapekanka
---
Bu gün, 10:00
Tez Hazırlanan Peçenye Resepti. -VİDEO
Sağlamlıq
Bu gün, 09:30
Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
Mətbəx
Bu gün, 09:30
Səhər yeməyi - Düyü unlu syrniklər
Populyar Xəbərlər
Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda - VİDEO
“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO
Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi - VİDEO
Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
