Bu gün, 13:30 0 Dünya

Hoqanın qızı ŞOK ETDİ: “Atamın yarılmasını özüm maliyyələşdirəcəyəm!”

Hoqanın qızı ŞOK ETDİ: “Atamın yarılmasını özüm maliyyələşdirəcəyəm!”
Əfsanəvi resler Halk Hoqanın qızı Bruk Hoqan “Instagram” hesabında (Rusiyada fəaliyyəti qadağandır) atasının ölüm səbəbinin aydınlaşdırılması üçün onun meyitinin tibbi yarılmasını şəxsən maliyyələşdirməyə hazır olduğunu bildirib. O, atasının ölümü ətrafında dolaşan şayiələrə və qeyri-müəyyənliyə son qoymaq istəyir.

Hoqanın həyat yoldaşı Skay isə bildirib ki, ailənin tibbi xidmətlə bağlı suallarına görə kremasiya gecikdirilib. Bruk Hoqan bir radio yayımında atasının ölümünün şübhəli detalları olduğunu qeyd edib və daha sonra sosial şəbəkələrdə yarılma xərclərini ödəməyə hazır olduğunu bir daha təsdiqləyib.

“Atamın hələ də kremasiya edilmədiyinə sevinirəm… Onun ölümü ətrafında dolaşan bütün fərziyyə və qeyri-müəyyənliyi nəzərə alaraq, yarılma üçün ödənişi şəxsən üzərimə götürmək istəyirəm. Atamın ləyaqəti və mirası bunu haqq edir,” – deyə Bruk yazıb.


Əvvəllər verilən məlumata görə, amerikalı resler Halk Hoqanın ölüm səbəbi kəskin miokard infarktı olub. Bu nəticəyə Florida ştatının Pinellas dairəsinin məhkəmə-tibbi ekspertizası gəlib. Dövlət orqanları zorakılıq əlamətləri aşkar etmədiklərini təsdiqləyiblər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: