Bu gün, 13:51 0 Hadisə

Sabirabadda azyaşlıya qarşı iyrənc əməl – 64 yaşlı şəxs həbs olundu

Sabirabadda azyaşlıya qarşı iyrənc əməl – 64 yaşlı şəxs həbs olundu
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətləri ilə bağlı yayılan iyrənc videogörüntülər ictimaiyyətdə rezonans doğurdu. Məlum olub ki, həmin görüntülərdə əks olunan şəxs – 64 yaşlı Mərdan Hüseynov polis tərəfindən dərhal saxlanılıb.

Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə avqustun 5-də baş verib. Azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə dair yayılan kadrlar cəmiyyətin haqlı hiddətinə səbəb olub. Hüquq-mühafizə orqanları məsələyə dərhal reaksiya verərək şübhəli şəxsi saxlayıb və araşdırmalara başlayıb.

Hazırda istintaq davam edir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: