“Qayıdın, Qəzzaya çatmayacaqsınız!” – İsraildən Tunberqə sərt mesaj - FOTO

İsrail hərbçiləri Aralıq dənizində Qəzza zolağına humanitar yardım aparan, heyətində 12 nəfər – o cümlədən ekofəal Qreta Tunberqin də olduğu Madleen adlı yaxtanı ələ keçiriblər. İsrail əvvəldən bəyan etmişdi ki, həmin gəminin Qəzza sahillərinə çatmasına icazə verilməyəcək.
Yaxta gecə saatlarında sahilə çıxarılaraq saxlanılıb. Böyük Britaniya bayrağı altında üzən və “Azadlıq Flotilyası” koalisiyası tərəfindən idarə olunan Madleen artıq Aşdod limanına aparılıb. Bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib. İsrailin Kan telekanalı gəminin Aşdod limanına çatdığını təsdiqləyib.
Fəallar məqsədin sadəcə simvolik humanitar yardım (düyü və uşaq qidası daxil olmaqla) aparmaq və beynəlxalq diqqəti Qəzzadakı humanitar böhrana yönəltmək olduğunu bildiriblər.
İsrail Xarici İşlər Nazirliyi isə məsələyə belə münasibət bildirib: “Şöhrətpərəstlərin "selfi-yaxtası" artıq İsrail sahillərinə doğru təhlükəsiz istiqamət alıb. Gözlənilir ki, sərnişinlər öz ölkələrinə geri qaytarılacaqlar”. Nazirlik əlavə edib ki, sərnişinlərin hamısı sağ və salamatdır. “Qreta və digərləri cəmi bir yük maşınından da az humanitar yüklə mediaya yönəlmiş təxribat etmək istədikləri vaxtda, son iki həftədə İsrail Qəzzaya 1200-dən çox humanitar yük maşını göndərib. Bundan başqa, Qəzza Humanitar Fondu 11 milyon porsiya yeməyi birbaşa mülki əhaliyə paylayıb”.
“Qəzza zolağına humanitar yardım göndərməyin selfi çəkmədən də yolları var,” – deyə İsrailin Xarici İşlər Nazirliyi bildirib. Nazirlik fəalların gəmisindəki “cüzi humanitar yükün” humanitar kanallar vasitəsilə Qəzzaya çatdırılacağını vəd edib.
Daha öncə “Azadlıq Flotilyası” Telegram kanalında “Madleen ilə əlaqə kəsildi” xəbəri paylaşılmışdı. Fəallar İsrail hərbçiləri tərəfindən “qaçırıldıqlarını” bəyan ediblər. Təşkilat insanların xilasedici jiletlərdə, əlləri havada oturduqları fotoşəkili yayımlayıb.
Bazar günü İsrailin müdafiə naziri İsrael Kats gəminin Qəzza sahillərinə çatmasının qarşısını almaq üçün “lazımi bütün tədbirlərin görüləcəyini” və ordunun müvafiq göstərişlərlə hərəkətə keçdiyini bəyan edib. Sosial şəbəkədə Tunberqə və digər fəallara xitabən yazıb: “Siz geri dönməlisiniz, çünki Qəzzaya çata bilməyəcəksiniz. Mən İsrail Müdafiə Ordusuna göstəriş verdim ki, Madleen gəmisinin Qəzza sahillərinə yaxınlaşmasının qarşısını alsın.”
Kats fəallar haqqında sərt ifadələr işlədib: “Antisemit Qreta və HAMAS-ın təbliğatçılarına açıq deyirəm: Qayıdın! Qəzzaya çata bilməyəcəksiniz. İsrail blokadanı yarmaq və ya terrorçu təşkilatlara yardım cəhdlərinə qarşı — dənizdə, havada və quruda hərəkət edəcək.”
Fransada yaşayan fələstinli siyasətçi Rima Həsən bildirib ki, “Azadlıq Flotilyası”nın heyəti gecə saat 2-də beynəlxalq sularda İsrail ordusu tərəfindən həbs olunub.
“Azadlıq Flotilyası” Katsın bəyanatını “İsrailin dinc vətəndaşlara qarşı qanunsuz güc tətbiqini və bu zorakılığı yalan bəyanatlarla əsaslandırmaq cəhdini əks etdirən daha bir nümunə” adlandırıb.

“Biz hədələrə boyun əyməyəcəyik. Dünya bizi izləyir. Heç bir sionist təbliğat gerçəyi gizlədə bilməz: İsrail kobud hərbi güc vasitəsilə genosid xarakterli blokada tətbiq edir və beynəlxalq hüququ, insani dəyərləri açıq şəkildə pozur,” – bəyanatda vurğulanıb.

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Çingiz Abdullayev: Ailələrin dağılmasında qadınların sərbəstliyi və maliyyə problemləri əsas rol oynayır
Türk dünyası / Türkiyə
Bu gün, 09:45
Sürücü törətdiyi hadisə yerindən qaçmaq istəsə də, mobil telefon kamerasına düşüb
Cəmiyyət / Şou-biznes
Bu gün, 09:40
“Eurovision 2026”: 5 ölkə İsrailin iştirakını boykot edəcək, Azərbaycanın mövqeyi gözlənilir
İqtisadiyyat
Bu gün, 09:20
Meksika Çin və Asiyadan gələn məhsullara əlavə rüsum tətbiq etməyə hazırlaşır
İdman
Bu gün, 09:05
Premyer Liqa: "Arsenal" qalib gəlib, "Çelsi" xal itirib
Mədəniyyət
Bu gün, 09:05
Yeni teatr mövsümünün açılış mərasimi keçirilib
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı