Süfrənizdəki gizli təhlükə: hisə verilmiş qidalarla bağlı Xəbərdarlıq
Metro çıxışlarında, hərəkət intensivliyi olan yerlərdə hisə verilmiş qida məhsulları satılır. Bu məhsullar çox zaman qablaşdırılmadan, açıq şəkildə müştərilərə təklif olunur. Təbii ki, həmin məhsulların üzərində heç bir məlumat olmur.
Bu da ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bu gün müxtəlif yerlərdə hisə verilmiş balıq, ət və pendir satılır:
“Qoxusuna görə çox insan bu məhsullara həvəs göstərir. Yaxşı olar ki, bu məhsulları alarkən onun mənşəyinə, istehsal və son istifadə tarixinə fikir verilsin. Bütün hallarda keyfiyyətli şəkildə hisə verilmiş məhsullardan istifadə məqsədəuyğundur. Amma bir çox hallarda bu məhsullar ev şəraitində, kustar üsullarla hazırlanır. Belə məhsullar daha çox təhlükə mənbəyidir”.
Müsahibimiz qeyd edib ki, əsasən bu məhsullar hazırlanarkən quru ağacların budaqlarından istifadə edilməlidir:
“Amma çox zaman bu qayda gözlənilmir. Quru taxtadan, mebel qırıntılarından, laklı-boyalı talaşalardan istifadə edilir. Belə oduncaqdan istifadə edərkən ortaya zərərli maddələr çıxır ki, bu da bir başa hazırlanan məhsullara çökür. Bu da zəhərlənmə və sağlamlıq problemləri yaradır. Eyni zamanda hisə verilmiş məhsulları uzun müddət saxlamaq üçün kimyəvi maddələrdən, konservantlardan, rəngləndiricilərdən istifadə edirlər ki, bu da insan sağlamlığı üçün təhlükəlidir. Ona görə də adı çəkilən məhsulları alarkən çox diqqətli olmaq lazımdır.
Hisə verilmiş məhsullar tez xarab olan qidalar sırasındadır.
Bu səbəbdən məhsulların üzərində istehsal və son istifadə tarixi hökmən olmalıdır. Ən əsası soyuq şəraitdə saxlanılmalıdır. Ümumiyyətlə bu qidaların hazırlanma, soyudulma və saxlanılma prosesinə ciddi riayət edilməlidir.
Belə olmayan təqdirdə həmin məhsulların tərkibində mikroorqanizmlər çoxala bilər ki, bu da ağır zəhərlənməyə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Hətta xərçəng riskini artırar.
Bundan əlavə, bu məhsullar hazırlanarkən duzdan çox istifadə edilir. Bu da orqanizmdə duz-su balansının pozulmasına, hiportaniya və böyrək xəstəliyinin yaranmasına səbəb olur. Həssas, allergiyaya meylilli, həzm problemləri olan insanlarda hisə verilmiş qidaları qəbul edərkən müəyyən həzm problemləri, qarın nayihəsində ağrı, şişkinlik və baş ağrısı yarana bilir”.
✍️"Ulusum".az

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
30-10-2025, 16:30
Şam yeməyi üçün sağlam və doyumlu resept
Mətbəx
30-10-2025, 15:00
Ev Şəraitində Yarpaq Dönər Resepti
Mətbəx
30-10-2025, 13:00
Nahar - Toyuqlu mərci püresi şorbası
Mətbəx
30-10-2025, 12:30
Nahar üçün seçim - Qaymaq sousunda toyuq küftələri və kartof püresi
Mətbəx
30-10-2025, 11:00
Şokoladlı-kəsmikli zapekanka
Mətbəx
30-10-2025, 10:00
Tez Hazırlanan Peçenye Resepti -VİDEO
Sağlamlıq
30-10-2025, 09:30
Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
Mətbəx
30-10-2025, 09:30
Səhər yeməyi - Düyü unlu syrniklər
Populyar Xəbərlər
“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO
Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi - VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO
Kətan sıyığı meyvələrlə
Lahıcda Keçmişlə Gələcəyin Görüş Yeri – Xüsusi Ev Muzeyləri - VİDEO