Gecə Yarısı Tez-tez Oyanmağın Əsas Səbəbi – Nevroloqdan Tövsiyələr
Gecə yuxudan tez-tez oyanmaq bir çox insanın gündəlik həyat keyfiyyətini aşağı salır
Nevroloq Stella Maris Valensi bu problemin səbəbləri və qarşısının alınması yolları barədə vacib məqamları açıqlayıb.
Ulusum.az xəbər verir ki, yuxunun tez-tez bölünməsinin əsas səbəbi stress və sinir gərginliyidir. Bu barədə nevroloq Stella Maris Valensi məlumat verib.
Onun sözlərinə görə, stress yuxu hormonlarının səviyyəsini azaldır, bu da yuxunun keyfiyyətinə mənfi təsir göstərir və tez-tez oyanmalara səbəb olur.
Stress hormonu olan melatoninin azalması kabuslara, yuxu fazalarının qısalmasına və tez-tez oyanmalarla nəticələnir.
Fiziki səbəblərə isə aşağıdakılar daxildir:
- Tez-tez sidiyə çıxma ehtiyacı
- Yuxu apnesi (nəfəsin gecə dayanması)
- Turşu reflüsü
- Qarın bölgəsində artıq çəki
- Soyuqdəymə və ya qrip
- Yaşla bağlı bioloji dəyişikliklər
- Otaqda narahat temperatur
Nevroloqun tövsiyə etdiyi sadə üsullarla yuxu keyfiyyətini artırmaq mümkündür:
- Hər gün eyni saatda yatmaq və oyanmaq
- Otaq temperaturunu komfort səviyyədə saxlamaq
- Axşam saatlarında ağır yeməklərdən çəkinmək
- Gündəlik fiziki aktivliyə yer ayırmaq
- Telefon və elektron cihazlardan uzaq durmaq
- Alkoqol qəbulundan imtina etmək
Valensi vurğulayır ki, bu qaydalara əməl etməklə, daha dərin və fasiləsiz yuxu mümkündür. Yaxşı yuxu isə gündəlik həyatda enerjili, diqqətli və emosional balanslı qalmağın açarıdır.
R.Daşdəmirova / Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
