Arıqladıcı həblərə qarşı Yeni Xəbərdarlıq
 
        Hollandiya Qida və İstehlak Mallarının Təhlükəsizliyi Agentliyi (NVWA), tərkibində qadağan olunmuş və təhlükəli maddələr olan arıqladıcı həblərin internet üzərindən satışına qarşı yenidən xəbərdarlıq edib. Bildirilib ki, bu məhsullar ürək döyüntüsü, ürəkbulanma kimi ciddi yan təsirlərə səbəb ola bilər.
NVWA-nın araşdırmalarına görə, bazardakı arıqladıcı məhsulların əksəriyyəti tərkib etiketlərində göstərilməyən təhlükəli maddələr ehtiva edir. Yoxlanılan 11 müxtəlif markadan 7-də qablaşdırmada qeyd olunmayan qadağan olunmuş maddələr aşkarlanıb.
Analizlər nəticəsində bu həblərin tərkibində sibutramin, sildenafil və emodin kimi qadağan olunmuş maddələrin olduğu müəyyən edilib. NVWA-ya görə, bu maddələr baş ağrısı, ürəkbulanma, qusma və çarpıntı kimi ciddi yan təsirlərə səbəb ola bilər.
NVWA xəbərdarlığında “My Lisaa” adlı arıqladıcı məhsulun bol.com onlayn platformasında və sosial mediada satışı ilə bağlı araşdırma başladığını bildirib. Məhsulun tanıtımının aparıldığı Instagram hesabı bağlanıb və internet mağazasında satışına son qoyulub.
Sonhaber.eu saytının məlumatına görə, NVWA son illərdə bu cür xəbərdarlıqları dəfələrlə yayımlayıb. Bu ilin əvvəlində DynaPills və Meri kapsulları ilə bağlı da oxşar xəbərdarlıqlar edilmişdi. Həmçinin, tərkibində sibutramin olan arıqladıcı çay da yan təsirləri səbəbilə dəfələrlə gündəmə gəlib. 2016-cı ildə bu maddəni ehtiva edən bir çaydan istifadə edən qadının ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilmişdi.
Ulusum.az
 
Diqqət Çəkənlər
      	
			Oxşar xəbərlər:
		
			Şərhlər:
		
		İnformasiya
	
	Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
	
					Son xəbərlər
					daha çox
				
		Mətbəx
		
			 Dünən, 16:30
			
	Şam yeməyi üçün sağlam və doyumlu resept
		Mətbəx
		
			 Dünən, 15:00
			
	Ev Şəraitində Yarpaq Dönər Resepti
		Mətbəx
		
			 Dünən, 13:00
			
	Nahar  - Toyuqlu mərci püresi şorbası
		Mətbəx
		
			 Dünən, 11:00
			
	Şokoladlı-kəsmikli zapekanka
		Mətbəx
		
			 Dünən, 10:00
			
	Tez   Hazırlanan Peçenye Resepti -VİDEO
		Sağlamlıq
		
			 Dünən, 09:30
			
	Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
		Mətbəx
		
			 Dünən, 09:30
			
	Səhər yeməyi  - Düyü unlu syrniklər
					Populyar Xəbərlər
				
		Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda  -  VİDEO
				
		“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi  -  VİDEO
				
		Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi  -   VİDEO
				
		Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
				
		Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi
				
		Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı   -  VİDEO