Gündüz yuxusu: Sənə enerji, yoxsa baş ağrısı gətirəcək?
Günorta yuxusu 30 dəqiqədən çox olarsa, özünüzü yorğun və başağrılı hiss edə bilərsiniz – bu barədə "Gazeta.Ru"ya Rusiya Prezident Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasının həkim-somnoloqu və endokrinoloqu Darya Lebedeva məlumat verib.
Həkimin sözlərinə görə, bunun səbəbi yuxu fazaları ilə bağlıdır. İlk 30 dəqiqədə insan yüngül yuxu (sürətli faza) mərhələsində olur. Amma 30-40 dəqiqədən sonra bədən dərin yuxu (yavaş faza) mərhələsinə keçir. Əgər bu zaman birdən oyansanız – məsələn, zənglə ya da budilniklə – bədəni istirahət etmiş deyil, əksinə yorğun, başı qarışıq və ağrılı hiss edə bilərsiniz. Bu hal "yuxu inersiyası" adlanır və gündüz yuxusunun faydasını tamamilə silə bilər.
Həkimin tövsiyəsi: Günorta yuxusu maksimum 30 dəqiqə, ideal olaraq 20 dəqiqə olmalıdır.
Ən yaxşı vaxt aralığı isə 13:00–15:00 arasındadır, çünki bu saatlarda təbii yorğunluq baş verir. Gec yatmaq isə axşam yuxu rejimini poza bilər. Yuxu üçün yarıqaranlıq otaq və ya göz maskası tövsiyə olunur.
Qısaca desək, əgər imkan varsa, gündüz yuxusundan istifadə edin – yalnız qısa olma şərti ilə. 20–30 dəqiqəlik yuxu belə stresi azaldır, diqqəti bərpa edir və əsəbləri sakitləşdirir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
Şam yeməyi üçün sağlam və doyumlu resept
Mətbəx
Dünən, 15:00
Ev Şəraitində Yarpaq Dönər Resepti
Mətbəx
Dünən, 13:00
Nahar - Toyuqlu mərci püresi şorbası
Mətbəx
Dünən, 11:00
Şokoladlı-kəsmikli zapekanka
Mətbəx
Dünən, 10:00
Tez Hazırlanan Peçenye Resepti -VİDEO
Sağlamlıq
Dünən, 09:30
Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
Mətbəx
Dünən, 09:30
Səhər yeməyi - Düyü unlu syrniklər
Populyar Xəbərlər
Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda - VİDEO
“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO
Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi - VİDEO
Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi