Anoreksiya xəstəliyinin müalicəsi yoxdurmu?

Anoreksiya nevroza ilə mübarizə aparan Nihal Candan, cəmi 23 kiloqram çəkiyə enmiş bədəni ilə verdiyi həyat mübarizəsini uduzdu. 30 yaşlı Candanın vəfatı ilə anoreksiya xəstəliyi yenidən gündəmə gəldi.
Anoreksiya nədir?
Anoreksiyadan əziyyət çəkən şəxs, real çəki vəziyyətindən asılı olmayaraq, özünü artıq çəkili hesab edir, kilo almaqdan həddindən artıq qorxur və bu səbəbdən ya yeməkdən tamamilə imtina edir, ya da çox məhdud şəkildə qidalanır.
Anoreksiyanın dəqiq səbəbi məlum deyil, lakin onun yaranmasında bir neçə amilin rolu ola bilər:
Cəmiyyətin təzyiqi (arıqlığın ideal kimi təqdim olunması)
Ailə strukturu (həddindən artıq nəzarətçi valideynlər və s.)
Aşağı özünəinam və mükəmməllik meyli
Genetik meyillilik
Psixoloji travmalar (zorakılıq, istismar, məktəb zorbalığı və s.)
Anoreksiya xəstəliyinin müalicəsi necə aparılır?
Anoreksiya çoxşaxəli (multidissiplinar) yanaşma tələb edən ciddi bir xəstəlikdir. Erkən diaqnoz və müdaxilə həyati əhəmiyyət daşıyır.
Psixoterapiya: Ən çox istifadə olunan metodlardan biri bilişsel-davranış terapiyasıdır (CBT)
Qidalanma üzrə məsləhət: Tədricən sağlam çəki artımına nail olmaq hədəflənir
Tibbi nəzarət: Bədənin funksiyaları və mümkün ağırlaşmalar izlənilməlidir
Ailə terapiyası: Xüsusilə yeniyetmə xəstələrdə ailənin müalicə prosesinə cəlb edilməsi önəmlidir
Zərurət olduqda dərman müalicəsi: (depressiya və ya təşviş pozuntuları üçün)
Anoreksiya müalicə olunmadıqda həyati təhlükə daşıyan bir xəstəlikdir. Lakin vaxtında diaqnoz qoyulsa və doğru dəstək göstərilsə, tam sağalma mümkündür.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Sağlamlıq
Bu gün, 20:00
Daimi yorğunluğun günahkarı əslində nədir? - FOTO
Sağlamlıq
Bu gün, 19:00
Ana südünə ən yaxın süd hansıdır? - FOTO
Dünya
Bu gün, 18:30
ABŞ–Tayvan görüşü niyə gizli saxlanıldı?
Mətbəx
Bu gün, 17:00
Cəmi 90 kkal — ətri ilə evinizi isidəcək kəsmikli alma
Cəmiyyət
Bu gün, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Dünya
Bu gün, 14:30
Mətbuat kralın səhhətindən yazır: əsa ilə gəzən monarx
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO