Metabolizmini sürətləndir: Səhər yeməyində nə yeməli?

Bu həqiqətdir — tədqiqatlar göstərir ki, səhər yeməyini əldən verməyən insanlar adətən daha sürətlə arıqlayır və bel nahiyəsində daha az yağ yığırlar. Artıq səhər yeməyi yemək vərdişi olanlara isə bu gün onun faydasını 80 səviyyəsinə qaldırmağın yollarını anlatmaq istəyirik.
Yuxudan oyanandan sonra yarım saat ərzində yeyin
Tibb doktoru Mett Tanneberg-in izahına görə, əgər səhərlər bədənə qida verməsək, metabolizm kəskin şəkildə yavaşlayır — çünki oyanmadan əvvəl səkkiz saat aclıq olmuş olur. Orqanizmin kalori yandırmağı bloklamasını istəmirsənsə, oyanandan sonra yarım saat ərzində səhər yeməyi ye.
Səhər su için
Diyetoloq İlana Mülşteyn-in sözlərinə görə, səhərlər bir stəkan su içmək həm arıqlamağa, həm də sağlamlığı qorumağa kömək edən əla vərdişdir. Birincisi, yuxudan sonra susuz qalırıq və bunu tezliklə aradan qaldırmaq lazımdır. İkincisi, tədqiqatlar göstərir ki, yeməkdən əvvəl su içmək adətən daha az yeməyə kömək edir, çünki çox vaxt susuzluğu aclıqla qarışdırırıq.
Zülal əlavə et...
Səhər yeməyində kruassan yeməyi sevirsən? Elə sevirsən, elə də ye! Yeganə şərt: qan şəkərinin qəfil yüksəlməsinin qarşısını almaq üçün əvvəlcə zülallı qidalar — məsələn, yumurta, yunan qatığı, losos sendviçi və ya lobya salatı yeməlisən.
... və karbohidrat da əlavə et
Biz kruassan məsələsini zarafat etməmişdik — səhər karbohidratlar çox önəmlidir. Diyetoloq Culi Miller Consun izahına görə, əgər bədən karbohidrat almasa, zülalları sərf edir və onların əzələ gücünü və sağlamlığını qorumaq kimi başqa funksiyaları üçün istifadəsi azalır. Əlbəttə, daha yaxşı olar ki, çörək əvəzinə yulaf əzməsi yesən, o da liflə zəngindir və uzun müddət toxluq təmin edir. Amma əgər bunu edə bilmirsənsə, günahlandırmırıq — səhər saatları hər zaman asan olmur!
Qəhvə iç
2021-ci ildə aparılmış və Journal of the International Society of Sports Nutrition jurnalında yayımlanmış araşdırmaya görə, səhər və ya axşam məşqdən 30 dəqiqə əvvəl içilən bir fincan güclü qəhvə, plasebo qəbul edənlərlə müqayisədə bədəndə yağ oksidləşməsinin sürətini əhəmiyyətli dərəcədə artırır.
Qəhvə sevmirsənsə
Sənə yaşıl çay kömək edəcək — katexin adlanan güclü flavonoidlər məşq zamanı qarın yağını daha çox yandırmağa kömək edir, ona görə də oolong çayı espresso üçün əla alternativdir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Dünən, 21:00
"Yağlarımla savaşı dayandırdım!" – Zara çəki atmasının sirrini açıqladı! - FOTO
Cəmiyyət
Dünən, 19:09
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb
Şou-biznes
Dünən, 18:00
“Kuruluş Osman”da yeni dövr başladı - FOTO
Cəmiyyət
Dünən, 16:32
Avqustda havalar necə keçəcək?
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu
Melaniya Tramp ictimai tədbirlərdən uzaq düşdü: Ekspertlər tənqid edir