Harvard psixiatrı: 50 yaşdan sonra sağlam qalmağın açarı...
50 yaşdan sonra fiziki və psixoloji sağlamlığı qorumağın yolu – Harvard mütəxəssisi izah edir
Harvard Universitetinin psixiatrı Robert Uoldinger bildirib ki, 50 yaşdan sonra fiziki rifahı qorumaq üçün üzgüçülük və gəzintilər, psixi sağlamlıq üçün isə davamlı sosial aktivlik vacibdir. Bu barədə o, Vanitatis nəşrinə müsahibəsində danışıb.
Uoldingerin sözlərinə görə, yetkin yaşda sağlam qalmaq üçün əsas şərt – həyat tərzinin dəyişdirilməsi və fiziki aktivliyə diqqətin artırılmasıdır. O, üzgüçülük, yoqa ilə məşğul olmağı və təzə havada mütəmadi gəzintilər etməyi tövsiyə edib.
Psixiatr sosial əlaqələrin rolunu xüsusilə vurğulayıb – ətrafda etibarlı, açıq və səmimi söhbət edilə biləcək insanların olması vacibdir. Onun fikrincə, insanın həyatında məqsədinin olması da təkliyə qarşı güclü qoruyucudur. Xüsusilə uşaqlar evdən ayrıldıqdan sonra yaranan boşluq hissini bu məqsəd doldura bilər. Bu məqsəd hobbi, könüllü fəaliyyət və ya ictimai layihələrə qoşulmaqla formalaşa bilər.
Sonda, Uoldinger keçmişdəki səhvlər üzərində çox düşünməməyi və həddindən artıq özünü tənqid etməməyin vacibliyini qeyd edib. Onun fikrincə, uğursuzluqları həyatın təbii bir hissəsi kimi qəbul etmək insanın daxili rahatlığı üçün vacibdir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Cəmiyyət
31-01-2026, 09:00
Fevral üçün hava proqnozu
Cəmiyyət
31-01-2026, 09:00
Məhəmməd Əmin Rəsulzadə – istiqlal ideyasının əbədi siması
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
“Yeni Özbəkistan Ulduzları” mükafatı paytaxtda keçirildi
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama
Gəncədə 2025-ci ilin sosial-iqtisadi inkişafına dair hesabat yığıncağı keçirilib
İlham Əliyev onlara general rütbəsi VERDİ
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin olundu