Səhv qəhvə vərdişləri və onları necə düzəltmək olar
Qəhvə dünyanın ən məşhur içkilərindən biridir. Lakin onun orqanizmə təsiri bir çox amillərdən asılıdır. Mütəxəssislər qəhvəni daha faydalı hala gətirməyin yollarını bölüşür:
1. Keyfiyyətli dənələr seçin
Dietoloqlar arabika növünü məsləhət görürlər – bu növdə kofein daha az, antioksidantlar isə daha çox olur.
Kimyaçılar isə diqqəti qovurma dərəcəsinə yönəldir: açıq qovrulmuş qəhvə ürək üçün faydalı xlorogen turşusunu daha yaxşı saxlayır.
2. Qəhvə üçün ideal vaxt
Səhər oyanan kimi qəhvə içmək düzgün deyil. Alimlər sübut ediblər ki, kortizol (oyanıqlıq hormonu) yuxudan bir saat sonra maksimum səviyyəyə çatır. Məhz o zaman qəhvə daha faydalı və böyrəküstü vəzlər üçün stresssiz olur.
3. Faydalı əlavələr
Darçın – qəhvənin şəkər təsirini azaldır
Kakao – antioksidant təsiri gücləndirir

Hil (kardamon) – kofeinin təsirini yumşaldır
Hindqozu yağı – yağda həll olan vitaminlərin mənimsənilməsini artırır
4. Zərərli qarışıqlar
Kimyaçılar xəbərdarlıq edir:
Qəhvə + süd – bəzi insanlarda həzmsizlik yarada bilər, çünki bu qarışıq çətin parçalanan birləşmələr əmələ gətirə bilər.
Qəhvə + şəkər – qan şəkərində ani sıçrayışlara səbəb ola bilər.
5. Alternativ dəmləmə üsulları
Cold brew (soyuq dəmləmə) – turşuluğu 67% az olur, bu isə mədə üçün daha təhlükəsizdir
Frens-press – faydalı yağları saxlayır
Kağız filtrlər – zərərli diterpenləri tutur, amma eyni zamanda bəzi faydalı maddələri də süzə bilər
Məsləhət: Gündə 2-3 fincan, saat 14:00-a qədər içmək təhlükəsiz sayılır. Hipertoniya və mədə-bağırsaq problemləri olanlara isə dekofeinləşdirilmiş qəhvə və ya çikoriy tövsiyə olunur.
✍️"Ulusum".az

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 18:30
Kərə yağını necə təzə saxlamaq olar?
Sağlamlıq
Dünən, 14:30
Əti necə dondurmalıyıq?
Sağlamlıq
Dünən, 11:44
Psixologiya – doğru insan seçiminin açarıdır