Toyuq şorbası – həm doyurucu, həm də faydalı seçim!
Çalışın, gün ərzində şorba içməyi vərdiş halına gətirəsiniz
Tərkibi:
- Toyuq filesi – 300 q
- Su – 1,2 l
- Toyuq yumurtası – 2 ədəd
- Yerkökü – 100 q
- Baş soğan – 50 q
- Kərəviz sapı – 50 q
- Cəfəri və ya şüyüd – 10 q
- Duz – 3 q
- Qara istiot – 1 q
- Dəfnə yarpağı – 1 ədəd
Hazırlanması:
Toyuğu bişirmədən öncə düzlu suda saxlayın. Sonra təmiz yuyub bişirmək üçün ocağa qoyun. Qaynayanda üzərindəki köpüyü alın.
Soğan, yerkökü, kərəviz və dəfnə yarpağını əlavə edib zəif odda 25 dəqiqə bişirin. Sonra toyuq və soğanı çıxarın. Yerkökü və kərəvizi doğrayıb yenidən bulyona əlavə edin.
Toyuğu lif-lif ayırıb qazana əlavə edin. Yumurtaları çəngəllə çalın və qaynar şorbaya yavaş-yavaş qarışdıraraq əlavə edin – “yumurta toru” alınacaq. Son olaraq göyərti, duz və istiot əlavə edib 5 dəqiqə dəmləyin.
100 qram üçün enerji dəyəri:
Kalori: 95.9
Zülal: 8.2 q
Yağ: 2.9 q
Karbohidrat: 8.8 q
Reseptlərinizi [email protected] ünvanına göndərin – dadlı sirləriniz Ulusum.az saytında yayımlansın!
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
