Şirinlə duzlu bir arada: Qara gavalılı toyuq ciyəri ilə nostalji nahar
Qaraciyər sevməyənlər belə bu yeməyə yox deyə bilməz! Yumşaq toyuq ciyəri, şirin qara gavalı və qaymaq kimi kartof püresi bir araya gələndə həm doyumlu, həm də qeyri-adi dad yaranır.
Əgər fərqli və dadlı bir nahar axtarırsansa, bu resept tam sənlikdir! Toyuq ciyəri qara gavalı ilə və kartof püresi ilə
Lazım olanlar:
- Kartof – 600 q
- Süd (2,5%) – 150 ml
- Kərə yağı – 10 q
- Duz – zövqə görə
- Toyuq ciyəri – 500 q
- Çəyirdəksiz qara gavalı – 80 q
- Soğan – 2 ədəd (200 q)
- Yerkökü – 1 ədəd (150 q)
- Bitki yağı – 15 q
- Su – 100 ml
- Duz, istiot, dəfnə yarpağı – zövqə görə
Hazırlanması:
Kartofu soyub doğrayın, duzlu suda bişirin. Bişdikdən sonra suyunu süzün, isti süd və yağ əlavə edib püre halına salın. Ciyəri yuyun, pərdələrini və öd yollarını təmizləyin. Qara gavalını 10 dəqiqə isti suda saxlayın, sonra doğrayın. Soğanı yarımhalqa, kökü rəndələyin. Tavada yağı qızdırıb soğan və kökü qovurun. Ciyəri əlavə edib 5 dəqiqə bişirin. Üzərinə qara gavalı, su və ədviyyatları əlavə edib qapaqla örtün, 10–15 dəqiqə zəif odda bişirin. Püre ilə servis edin.
Nuş olsun!
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
