Lobya Şorbası

Quru Lobya Şorbası – Dadlı və Qidalandırıcı Ev Yeməyi
Axşamdan isladılmış lobya, tərəvəzlər və ət birlikdə bişirildikdə ortaya qış ayları üçün əvəzolunmaz, doyurucu bir ləzzət çıxır. Üzərinə səpilmiş təzə göyərti ilə süfrəyə verin və isti-isti nuş edin!
Ərzaqlar:
- Quru lobya – 1 stəkan
- Ət (istəyə görə) – 200 q
- Soğan – 1 ədəd
- Yerkökü – 1 ədəd
- Kartof – 2 ədəd
- Pomidor və ya tomat pastası – 1–2 xörək qaşığı
- Duz, istiot – zövqə görə
- Yağ – 2 xörək qaşığı
- Su – 1,5–2 litr
- Cəfəri və ya keşniş – zövqə görə
Hazırlanması:
Lobyanı axşamdan suda isladın, səhər isə suyunu dəyişib bişməyə qoyun.
Əgər istifadə olunacaqsa, əti ayrıca bişirin.
Soğan və yerkökünü tavada yağda qızardın, sonra üzərinə tomat pastası əlavə edin və bir qədər qovurun.
Lobya yumşaldıqda, üzərinə doğranmış kartof, qızardılmış tərəvəz və ət əlavə edin.
Duz və istiot vuraraq 15–20 dəqiqə qaynadın.
Hazır olduqda üzərinə doğranmış göyərti səpin və isti halda süfrəyə verin.
Daha maraqlı və praktik reseptlər üçün Ulusum.az‑ı izləməyi unutmayın!
Sizin də sınanmış, ləzzətli mətbəx reseptləriniz varsa, adınızla birlikdə bizə göndərin – yayımlayaq!
Reseptlərinizi və mətbəx sirrlərinizi info@ulusum.az ünvanına göndərərək Ulusum.az‑ın resept rubrikasında yer ala bilərsiniz.
Dad paylaşdıqca gözəldir! 🍽️
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 14:00
Tükənmişlik sindromu - sadəcə yorğunluq deyil
Mətbəx
Bu gün, 14:00
Ballı Xardallı Qızılbalıq: Dadlı və Sağlam Seçim
Mətbəx
Bu gün, 11:00
Lobya Şorbası
Populyar Xəbərlər