Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Rza Pəhləvidən Trampa çağırış: “İrana müdaxiləyə hazır olun”
İranın mühacirətdə yaşayan vəliəhdi Rza Pəhləvi ABŞ-ın keçmiş prezidenti Donald Trampa müraciət edərək, İranda davam edən xalq etirazlarına dəstək göstərməyə çağırıb. O, Vaşinqtonu Tehran rejiminin zorakı müdaxiləsinə qarşı addım atmağa səsləyib.
Ulusum.az verir ki, sosial şəbəkə “X” üzərindən paylaşım edən Pəhləvi, İran vətəndaşlarının hazırda həm silahlı təzyiqlərlə, həm də informasiya blokadası ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, hökumət yalnız güc tətbiq etmir, eyni zamanda internet və telefon rabitəsini tamamilə kəsərək xalqı dünyadan təcrid etməyə çalışır.
“Milyonlarla cəsur insan küçələrdədir. Onlar yalnız güllələrlə deyil, həm də total informasiya kəsintisi ilə mübarizə aparırlar. ABŞ-ı bu insanlara yardım üçün hazır olmağa çağırıram”, – deyə vəliəhd qeyd edib.
Qeyd edək ki, dekabrın 28-dən bəri İranda iqtisadi çətinliklərə qarşı başlanan dinc aksiyalar getdikcə daha geniş vüsət alaraq iğtişaşlara çevrilib. Hakimiyyət etirazçılara qarşı sərt güc tətbiq edir və ölkənin müxtəlif bölgələrində rabitə kəsintiləri qeydə alınıb.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:40
Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Populyar Xəbərlər
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq