Bu gün, 09:30 0 Sağlamlıq

Bu şəxsi gigiyena vərdişləri dərinizə zərər verə bilər

Bu şəxsi gigiyena vərdişləri dərinizə zərər verə bilər
Dermatoloq Ana Molina: Bu şəxsi gigiyena vərdişləri dərinizə zərər verə bilər.

Məşhur dermatoloq Ana Molina bəzi şəxsi gigiyena vərdişlərinin dərimiz üçün zərərli ola biləcəyini açıqlayıb.

Ulusum.az xəbər verir ki, o, bu barədə “Infobae” portalına verdiyi müsahibədə danışıb.

Molina bildirib ki, duş zamanı çox isti və ya çox soyuq suyun istifadəsi dəridə quruluq və qaşınma yarada bilər. Onun sözlərinə görə, dəriyə ən uyğun temperatur bədən istiliyinə yaxın – ilıq sudur.

Dermatoloq ikinci əsas səhv kimi, şəxsi gigiyena vasitələrinin pH səviyyəsinin uyğun olmamasını qeyd edib. Səhv seçilmiş duş gelləri və sabunlar dərinin qoruyucu baryerini poza, onu daha həssas və quru hala sala bilər.

Molina insanların bu kimi səhvlərdən qaçaraq dərilərini daha sağlam saxlaya biləcəyini vurğulayıb.


Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.