Bu gün, 16:31 0 Mətbəx / Sağlamlıq

Noxud yeməyin faydaları

Noxud yeməyin faydaları
Ulusum.az xəbər verir ki, "Science News"un yaydığı məlumata əsasən, Amerika Qidalanma Assosiasiyasının dəstəklədiyi yeni bir araşdırma noxudun xolesterolu aşağı salmaq və iltihabı azaltmaq qabiliyyətinə malik olduğunu göstərib.

İllinoys Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan tədqiqatda 12 həftə ərzində prediabetli 72 nəfər müşahidə edilib. Nəticədə gündə bir fincan noxud yeyən iştirakçıların xolesterol səviyyəsi 200-dən 186 milliqram/dl-ə enib. Qara lobya və ağ düyü yeyənlərdə isə belə dəyişiklik müşahidə olunmayıb.

Araşdırma həmçinin göstərib ki, noxud iltihab göstəricisi olan interlökin-6 səviyyəsini də əhəmiyyətli dərəcədə azaldır.

Mütəxəssislər bildirirlər ki, hər yeməkdə noxud yemək vacib deyil. Həftədə 1,5 stəkan paxlalı bitki qəbul etmək ürək-damar sağlamlığı üçün kifayətdir.

Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.