“Biz Minsk Qrupunun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik”

"Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistanla açıq qalan iki əsas məsələni xatırladıb. Birinci məsələ, Azərbaycana ərazi iddiasını ehtiva edən Ermənistan Konstitusiyasıdır, ikinci məsələ ATƏT-in Minsk Qrupunu de-yure mövcudluğunun davam etdirilməsidir".
Bu barədə Ulusum.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb.
Politoloq şərhində bildirir:
"Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibliyi barədə baş nazir Nikol Paşinyanın mövqeyi bəllidir, o da hesab edir ki, əsas qanunda qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər olmamalıdır. Ancaq Nikol Paşinyanın Minsk Qrupunun ləğvi ilə bağlı mövqeyi bəlli deyil. İlham Əliyev Nikol Paşinyana iki dövlətin Minsk Qrupnun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətini təklif edib. “Biz Minsk Qrupunun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik” deyən İlham Əliyev Ermənistanın Minsk qrupunun saxlanmasına üstünlük verməsini qonşu dövlətin Azərbaycana qarşı ərazi iddialarının davamı kimi qiymətləndirib".
Elxan Şahinoğlu həmçinin qeyd edir ki, Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, Minsk Qrupundan imtinası ona problem yaratmayacaq, radikal müxalifətin bir az çığırıb-bağırması heç nəyi dəyişməyəcək. Digər tərəfdən Rusiya, ABŞ, hətta Fransanın “Minsk Qrupu fəaliyyətini davam etdirməlidir” iddiası yoxdur.
Bu amil isə Paşinyanın Minsk Qrupunu ləğvi ilə bağlı qərar verməsini asanlaşdırır.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Zelenski: Mən Moskvaya getməyəcəyəm
Mətbəx
Bu gün, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Sağlamlıq
Bu gün, 15:00
Artıq çəki yalnız yeməkdənmi yaranır?
Dünya
Bu gün, 14:00
Aİ–Google müharibəsi böyüyürmü? Tramp qarışdı
Maraqlı
Bu gün, 13:00
Giorgio Armaninin mirası kimə qalacaq?
Dünya
Bu gün, 12:00
Rəqabəti pozduğuna görə Google yenə cərimələndi
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı