Elxan Şahinoğlu: "Laçına səfər azdır!"
Fransa-Azərbaycan münasibətlərinin normallaşması mümkündür?
Münasibətlərin gərgiləşməsinə Fransa prezidenti Emmanuel Makronun açıqlamaları və siyasəti səbəb olub. Ona görə də münasibətlərin normallaşması üçün ilk addımı Makron atmalıdır.
Ulusum.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu barədə danışıb. Onun sözlərinə əsasən, Avropa ölkəsində bir-birini əvəz edən prezidentlər ermənilərə simpatiyalarını gizlətməsələr də, onlar Azərbaycanla münasibətləri gərginləşdirmir, ölkəmiz əleyhinə açıqlamalar vermirdilər, Makrona qədər iki ölkə arasında münasibətlərdə dialoq o biri dövlətlərlə olduğu kimi idi:
Makron prezident seçildikdən sonra Ermənistana səfər etdi, Azərbaycana gəlmədi. Makron və onun komandası İkinci Qarabağ müharibəsi və ondan sonrakı mərhələdə anti-Azərbaycan siyasətini üst səviyyəyə qaldırdı. Bu arada, Makronun Bakıya etdiyi telefon zənglərinin münasibətlərə müsbət təsiri olmadı. Çünki, Makron hər zəngdən sonra yenə Azərbaycan əleyhinə açıqlama verdi. Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bərpa edib. Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı görünür, sərhədlər müəyyənləşir, kəndlər qaytarılır. Tərəflər arasında birbaşa danışıqlar müsbət nəticələr verir. Belə olan halda Ermənistan hökumətinin Fransanın anti-Azərbaycan siyasətinə ehtiyacı yoxdur. Əksinə, bu siyasət rəsmi İrəvana rəsmi Bakı ilə danışıqlarla lazımsız problemlər yarada bilər. Belə olan halda Parisin Azərbaycan siyasətini korrektə etməsinə zərurət yaranır., - deyə politoloq bildirib.
Elxan Şahinoğlu həmçinin qeyd edir ki, Paris Azərbaycanın Yeni Kaledoniya mövzusunda fəallığından narahatdır. Rəsmi Bakı Fransanın Yeni Kaledoniya siyasətini sərt tənqid edir, kolonial siyasətə qarşı Bakı platforması mövcuddur. Paris Azərbaycanın daxili işlərinə qarışanda, Fransada prezidentliyinə namizədlərdən biri işğal dövründə qanunsuz olaraq Xankəndiyə gələndə, Fransa parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edəndə fransalı siyasətçilər və diplomatlar anlamalıydılar ki, bunun bumeranq effekti olacaq. Evi şüşədən olan başqasına daş atmamalıdır.
Bununla belə, politoloq münasibətlərdə geri dönüşün mümkünlüyünü vurğulayır.
"Bunun üçün Fransa prezidenti və bu ölkənin hökumət üzvləri Cənubi Qafqaz siyasətinlərinə yenidən baxmalıdırlar, bölgə və Azərbaycanla bağlı açıqlamalarında korrekt ifadələrdən istifadə etməlidirlər. Fransanın Azərbaycandakı səfiri Ann Buayonun digər ölkələrin diplomatlarıyla birgə Laçına səfəri və bölgədəki dağıntıları etiraf etməsi Parisin siyasətində dəyişikliyə işarədirmi? Bunu zaman göstərəcək. Laçına səfər azdır. Fransa səfirinin amerikalı həmkarı kimi Şuşaya səfəri də vacibdir. Aydındır ki, bu səfərin icazəsini Paris verməlidir. Erməni lobbisi Fransada olduğu kimi ABŞ-da da fəaldır, Konqresdə möhkəm dayaqları var. Ancaq bu ABŞ-ın rəsmi strukturlarının Azərbaycanla əməkdaşlıqdan imtinasına səbəb olmur, Bakının Vaşinqtonla və Fransanın qonşusu Almaniya ilə sıx dialoqu və əməkdaşlığı mövcuddur. Paris tərəfdaşları olan Vaşinqton və Berlindən geri qalmaq istəmirsə, Azərbaycan siyasətini köklü şəkildə dəyişməlidir".
Bir çox dövlət lideri 28 may Respublika günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Fransa prezidentinin Azərbaycan Prezidentinə təbrik məktubundan isə hələ ki xəbər yoxdur.
Politoloq hesab edir ki, Makron münasibətləri normallaşdırmağa hələ hazır deyil.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
12-05-2024, 12:49
Yenə bu gün Atalay Mənzərin yarasına toxunmuşdu. Atalay auditoriyanın ən romantik gənci idi. Dərsdə bütün pr və tanıtım
12-05-2024, 12:37
"Vladimir Putin prezident seçkisindən bir neçə gün sonra Mixail Mişustini yenidən baş nazir təyin edib. Dövlət
7-05-2024, 11:47
Çin lideri Si Cinpin Avropa turnesinə Fransadan başlayıb. Bundan sonra Si Cinpin Çinin Avropadakı dost dövlətlərinə -
18-05-2024, 15:13
"ABŞ və digər Avropa ölkələri Fransa polisinin Yeni Kaledoniyada tökdüyü qanlara göz yumsalar da, Makronun Çin və
16-05-2024, 11:25
ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan təmiz enerji
Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 21:03
Xoruldamağın qarşısını necə almaq olar?
Cəmiyyət
Dünən, 16:42
Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunur
Hadisə
Dünən, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Dünən, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Dünən, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Dünən, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Dünən, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar