“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Gənclərin Hüquqlarının Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qadın məhkumlarla iş” adlı layihəni həyata keçirib.
Ulusum.az- a daxil olan məlumata görə, layihənin əsas məqsədi cəzaçəkmə müəssisələrində olan gənc qadın məhkumların gender zorakılığı mövzusunda məlumatlandırılması, onların sosial adaptasiyasına kömək etmək və psixo-sosial dəstək göstərmək olub. Xüsusilə, azadlığa çıxmağa hazırlaşan risk qrupundakı qadınlar üçün sosial müdafiə, tibbi və hüquqi xidmətlər barədə təlimlər təşkil edilib.

Mütəxəssislər bildirirlər ki, gender əsaslı zorakılıq qadınların re-inteqrasiyasına ciddi maneələr yaradır. Maarifləndirmənin və davamlı psixoloji dəstəyin olmaması isə onların sosial həyatında adaptasiya çətinliklərinə və bəzən təkrar cinayət hallarına gətirib çıxara bilər.

Layihə çərçivəsində qadın məhkumlara öz hüquqları, mövcud dəstək mexanizmləri və müraciət edə biləcəkləri qurumlar haqqında ətraflı məlumat təqdim olunub. Bu təşəbbüs qadınların gələcək həyatında sosial müdafiə imkanlarına çıxışını asanlaşdırmaq və onların cəmiyyətə daha sağlam qayıdışını təmin etmək məqsədi daşıyır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib