Bu gün, 12:00 0 Dünya

Rəqabəti pozduğuna görə Google yenə cərimələndi

Rəqabəti pozduğuna görə Google yenə cərimələndi
Reuters yazır ki, Avropa Komissiyası Google şirkətinə reklam sektorunda rəqabəti məhdudlaşdırdığına görə 2,95 milyard avro (təxminən 281 mlrd rubl) məbləğində antimonopoliya cəriməsi kəsib.

Tənzimləyici orqanın araşdırmasına görə, Google 2014-cü ildən bəri öz xidmətlərinə üstünlük verərək bazarda ədalətli rəqabəti pozub. Bu qərar şirkətə qarşı tətbiq edilən ikinci ən böyük cərimədir — 2018-ci ildə Google rekord 4,3 milyard avro ödəmişdi. Bundan əlavə, şirkətə 2017-ci ildə 2,42 mlrd avro, 2019-cu ildə isə 1,49 mlrd avro cərimə tətbiq olunmuşdu.

Məhkəmə Google-a 60 gün ərzində diskriminasiyanı aradan qaldırmaq və yeni fəaliyyət planı təqdim etmək öhdəliyi qoyub.

Şirkətin vitse-prezidenti Li-Ənn Malholland qərarı “səhv” adlandıraraq apellyasiya veriləcəyini bildirib. Onun sözlərinə görə, bu tələblər əksinə Avropadakı minlərlə şirkətə zərər vura bilər və Google-un fəaliyyəti rəqabəti məhdudlaşdırmır, əksinə rəqəmsal iqtisadiyyatı inkişaf etdirir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: