Bu gün, 12:30 0 İdman

Azərbaycan ilk görüşdə İslandiyaya böyük hesabla məğlub oldu

Azərbaycan ilk görüşdə İslandiyaya böyük hesabla məğlub oldu
DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.

Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qolları Viktor Palsson (45+2), İsak Yohanneson (47, 56), Albert Qudmundsson (66) və Kristian Hlünsson (73) vurublar.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Bakıda Ukrayna seçmə komandası ilə keçirəcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: